Rəhbərin hər şeyi nəzarətdə saxlaması sistem qurmaq sayılırmı? - Ekspert

Redaktor

22.07.2026 09:00
208

Rəhbərin hər şeyi nəzarətdə saxlaması sistem qurmaq sayılırmı? - Ekspert

İş və gündəlik həyatda bir çox qərarlar sistemli düşüncəyə əsaslanır. Planlı hərəkət etmək, prosesləri müəyyən qaydalar üzrə idarə etmək və ardıcıllığı qorumaq əksər hallarda uğurun əsas şərtlərindən hesab olunur. Lakin sistemli olmaq hər zaman eyni qaydalara kor-koranə əməl etmək demək deyil. Bəzən dəyişən şəraitə uyğunlaşa bilməyən sistemlər əks nəticə də verə bilər.

Biznesdə sistemli yanaşma nədir və bu yanaşma olmadıqda şirkətlər hansı problemlərlə üzləşirlər?

İş adamı, biznes mentor və kouç Ərşad Xankişiyev Valyuta.az-a bildirib ki, sistemli düşüncə güclü idarəetmə aləti olsa da, onu dəyişməz qayda kimi qəbul etmək düzgün yanaşma deyil.

Onun sözlərinə görə, sabit və təkrarlanan proseslərdə sistemli yanaşma yüksək nəticə verir:

“İstehsalatda, logistika sahəsində, restoran idarəçiliyində və ya maliyyə uçotunda sistemlər səhvləri azaldır, prosesləri sürətləndirir və səmərəliliyi artırır. Lakin qeyri-müəyyən və sürətlə dəyişən şəraitdə yalnız sistemə güvənmək kifayət etmir. Belə hallarda intuisiya, çeviklik və vəziyyətə uyğun qərar vermək də vacibdir”.

Ərşad Xankişiyev qeyd edib ki, ən böyük səhvlərdən biri sistemi məqsədə çevirməkdir:

“Sistem sadəcə vasitədir. Yeni şərait yarandıqda köhnə qaydalara kor-koranə əməl etmək, faktlar dəyişsə belə yanaşmanı yeniləməmək düzgün deyil. Həqiqi sistemli düşüncə sərt qaydalar qurmaq yox, öyrənən və daim təkmilləşən sistem yaratmaqdır”.

Ekspert bildirib ki, sistem düşüncəsi təkbaşına kifayət etmir:

“Sistem düşüncəsi nizam yaradır, tənqidi düşüncə düzgün istiqamət verir, çeviklik isə dəyişən şəraitə uyğunlaşmağa kömək edir. Bu üç amil birlikdə olduqda həm işdə, həm də şəxsi həyatda daha uğurlu nəticələr əldə etmək mümkündür”.

Ərşad Xankişiyevin sözlərinə görə, biznesdə sistemli yanaşmanın olmaması şirkətin fəaliyyətində ciddi problemlərə səbəb olur:

“Belə şirkətlərdə rəhbər hər işə özü qarışmalı olur və təşkilat bir nəfərdən asılı vəziyyətə düşür. Eyni səhvlər təkrarlanır, əməkdaşlar məsuliyyətlərini tam anlamırlar, qərarlar emosiyalar əsasında verilir, vaxt və maliyyə itkiləri artır. Müştəri xidməti qeyri-sabit olur, şirkətin böyüməsi çətinləşir və sahibkar işdən uzaqlaşdıqda proseslər dayanmağa başlayır”.

Onun sözlərinə görə, sistemli idarə olunan şirkətlərdə isə proseslər əvvəlcədən müəyyən edilir:

“Sistemli idarə olunan şirkətlərdə proseslər yazılı və aydın olur, hər əməkdaş öz rolunu bilir, nəticələr ölçülür, səhvlər təhlil edilir və onların təkrarlanmaması üçün tədbirlər görülür. Belə şirkətlər rəhbərin daimi iştirakı olmadan da fəaliyyətini davam etdirə bilir”.

Ekspert vurğulayıb ki, rəhbərlərin tez-tez yol verdiyi yanlış yanaşmalardan biri hər şeyi nəzarətdə saxlamağı sistem qurmaq hesab etmələridir. İnsan beyninin təbii işləmə modeli ilə sistem düşüncəsi arasında ciddi fərq var:

"Bir çox rəhbər düşünür ki, bütün qərarları özü verməli, hər əməkdaşı özü yoxlamalıdır. Əslində isə bu sistem düşüncəsi deyil, mərkəzləşdirilmiş idarəetmədir.
İnsan beyni keçmiş təcrübəyə əsaslanaraq tanış üsulları təkrarlamağa və riskdən yayınmağa çalışır. Belə rəhbər düşünür ki, “Mən yoxlamasam, heç nə düzgün olmayacaq”. Bu yanaşma müəyyən müddət işləsə də, şirkət böyüdükcə effektivliyini itirir”.

Onun sözlərinə görə, sistem düşüncəsi isə diqqəti insanlardan çox proseslərə yönəldir:

“Sistem düşüncəsi “Bu nəticəni hansı proses yaradır?”, “Problem niyə təkrarlanır?”, “Hansı qayda dəyişsə nəticə də dəyişəcək?” və “Mən olmasam, bu sistem işləyəcəkmi?” kimi suallar verir. Burada əsas məqsəd insanları yox, prosesləri düzgün qurmaqdır”.

Ekspert hesab edir ki, güclü rəhbər hər işi özü görən deyil, özü olmadan da işləyə bilən sistem quran şəxsdir:

“Sahibkarın əsas işi bütün problemləri özü həll etmək deyil. Onun vəzifəsi elə bir sistem qurmaqdır ki, problemlər minimuma ensin və yaranan çətinliklər sistem daxilində həll olunsun. Nəzarət insanları idarə edir, sistem isə prosesləri. Proseslər düzgün qurulduqda insanlar da daha səmərəli işləyirlər”.

Rəfiqə Abdin 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin ən çox təsir edəcəyi deyilən peşələr gözlənildiyi kimi azalmır - Araşdırma

22.07.2026

Plastik qablaşdırmalardan imtina: 2 500 ton materiala qənaət edildi

22.07.2026

Süni intellekt şirkəti siyasi təşkilata 20 milyon dollar ayırır

22.07.2026

Mərkəzi Bank marketinq xidmətləri üçün şirkət seçəcək

22.07.2026

"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək

22.07.2026

12 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı

22.07.2026

"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır

22.07.2026
Sığorta şirkətləri gəlirlərini açıqladı

Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ

22.07.2026

Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər

22.07.2026

Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib

22.07.2026

Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov

22.07.2026

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini: “Rabitəbankın kredit portfelinin 45 faizi biznes kreditlərindən ibarətdir”

22.07.2026

Meqa Sığortanın gəlirləri artıb, maliyyə mənfəəti isə 63,7% azalıb

22.07.2026
Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov: “Məqsədimiz Rabitəbankı tam maliyyə marketinə çevirməkdir”

22.07.2026

"OpenAI"ın gizli süni intellekt modeli nəzarətdən çıxdı: Təhlükəsizlik sərhədlərini aşmağa çalışdı

22.07.2026

Dünyaca məşhur sahibkar Erbakan Malkoç Bakıya gəlir

22.07.2026

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib ®

22.07.2026

Azərbaycanda biznes hesablarını hədəf alan kiberdələduz saxlanıldı – 100 min manatdan çox ziyan vurub

22.07.2026

VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlandı - SİYAHI

22.07.2026

"Xalq Sığorta"nın gəlirləri artıb, aktivləri 2 milyon manatdan çox azalıb

22.07.2026

Məzənnə

Yüklənir...