Redaktor
“Ramiz Hacıyev” kran gəmisi təmir edilərək istismara qaytarılıb
"AZCON Holding" şirkətlərindən olan ASCO-nun “Ramiz Hacıyev” kran gəmisi əsaslı təmir edilib.
ASCO-dan Valyuta.Az-a bildirilib ki, proses çərçivəsində baş və köməkçi mühərriklər, nasoslar, braşpil qurğusu, yağ və su soyuducuları, hava balonlarının armaturları, köməkçi mühərriklərin generatorları, müxtəlif təyinatlı elektrik mühərrikləri və boru sistemləri təmir olunub.
Eyni zamanda, avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib. Heyətin yaşayış otaqlarında, yeməkxanalarda lazımi işlər aparılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları təmir edilib.
40 tonluq kranın bütün istiqamətləndirici rolikləri demontaj olunaraq çıxarılıb, əsaslı təmir olunduqdan sonra yerlərinə quraşdırılıb.
Sualtı hissənin texniki vəziyyətini yoxlamaq məqsədilə gəmi tərsanəyə qaldırılıb. Pər-sükan qurğuları, dib-yan armaturlarının, protektor qurğularının təmiri işləri aparılıb, sualtı və suüstü hissələrində zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu təkərlər yenilənib.
İşlər başa çatdıqdan sonra gəminin kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra “Ramiz Hacıyev” istismara qaytarılıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUniversitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
23.03.2026Sürücüsüz sistemlər hazırlayan şirkət 100 milyon dollar topladı
23.03.2026"Blue Origin" orbitdə data mərkəzləri quracaq
23.03.2026"Amazon" çatdırılma robotları istehsal edən startapı satın aldı
23.03.2026Meşə fındığı ixracında 29 milyon dollarlıq artım olub
23.03.2026Azərbaycan Müdafiə Nazirliyindən PUA-larla bağlı XƏBƏRDARLIQ
23.03.2026Gəlirinizdən asılı olmayaraq sərvət toplamağın 3 addımı
23.03.2026Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir
23.03.2026İdman sənayesinin 417 milyard dollarlıq strukturu
23.03.2026Yaddaş nəhəngindən şok etiraf: "Tələbatın yalnız yarısını qarşılaya bilərik"
23.03.2026İlon Mask "Tesla" və "SpaceX" üçün yeni planını açıqladı
23.03.2026Nəqliyyat vasitələri idxalında 10%-lik düşüş yarandı
23.03.2026Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?
23.03.2026Günəş panelləri texnologiyasında inqilab
23.03.2026Sabah Azərbaycanda 23 dərəcə isti olacaq
23.03.2026