Redaktor
"TikTok"un gözlənilməz potensial alıcısı açıqlandı
ABŞ-ın internet nəhəngi "Amazon" gözlənilmədən "TikTok"u almaq üçün təklif verib.
Valyuta.az xəbər verir ki, bu barədə "MacRumors" saytı məlumat yayıb.
Bildirilir ki, bu addım tətbiqin satılması və ya ABŞ-da bloklanması üçün son müddət başa çatmadan cəmi bir neçə gün əvvəl atılıb. Məsələ ilə tanış olan mənbələrə görə, hələlik "Amazon"un müraciəti ciddi qəbul edilmir. Bununla belə, bir neçə potensial alıcı, tətbiqi almaq üçün hökuməti inandırmağa çalışır.
Xatırladaq ki, 19 yanvar tarixində ABŞ-da "Xarici rəqiblərin nəzarətində olan tətbiqlərdən amerikalıların qorunması haqqında" qanun qüvvəyə minib. Bu qanun, Çin şirkəti "ByteDance"in nəzarətində olan "TikTok"un ABŞ-da fəaliyyətini qadağan edir. Lakin prezident Donald Tramp Ədliyyə Nazirliyinə göstəriş verərək, qanunun tətbiqini 75 gün müddətinə təxirə salıb. Bu müddət 5 aprel şənbə günü başa çatır və həmin vaxta qədər "TikTok"un ABŞ bölməsinin satışı başa çatmasa, tətbiq ölkədə bloklanacaq.
Tramp administrasiyası "Oracle" və "Perplexity" kimi iri şirkətlərin, həmçinin məşhur bloger Cimmi Donaldson (MrBeast), "Shark Tank" verilişinin aparıcısı Kevin O’Liri, "Employer.com"un qurucusu Cessi Tinsli və milyarder Frenk MakKurt kimi şəxslərin təkliflərini nəzərdən keçirir. Prezident çərşənbə günü Ağ Ev rəsmiləri ilə görüş keçirərək "TikTok"un gələcək taleyini müzakirə edəcək və son qərarın ona məxsus olduğunu vurğulayıb.
Trampın "Oracle" və "Blackstone" investisiya şirkəti də daxil olmaqla bir neçə amerikalı investorun iştirakı ilə satış modelini dəstəkləyə biləcəyi ehtimal edilir. Bununla belə, belə bir sxem tam satış sayılmadığı üçün qanunun tələblərinə cavab verməyə bilər.
5 apreldə qüvvəyə minməli olan qanunun tətbiqinin yenidən təxirə salınması ehtimalı da istisna edilmir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərRusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb
18.03.2026“Azərişıq” Naxçıvanda 15 milyonluq tender elan edib
18.03.2026Daha 54 nəfər işdən çıxarıldı - Dövlət qurumunda
18.03.2026Azərbaycanda yeni kredit ittifaqı yaradılıb
18.03.2026“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
18.03.2026Onların maaşı qaldırılır - Nazir açıqladı
18.03.2026"Binance" 8 kriptovalyutanı siyahıdan çıxarır - Tarix açıqlandı
18.03.2026Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları ®
18.03.2026Nazir: Onlar imtahansız ali məktəblərə qəbul ediləcək
18.03.202610 məşhur şirkətin səhmləri 2026-cı ildə üstünlük təşkil edə bilər
18.03.2026