"Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" - Turistlərin sayını necə artıraq?

Redaktor

04.05.2025 16:52
392

"Hansısa xidmətdən narazı olanlar bir də gəlmirlər" - Turistlərin sayını necə artıraq?

Gəlmə turizmi bütün dünyada turizm sektorunun prioritet sahələrindən biridir. İqtisadiyyatın ən perspektivli və dinamik inkişaf edən sahəsi olmaqla yanaşı, ölkələrin tanınması istiqamətində də mühüm rol oynayır.

Azərbaycan da təbii sərvətlərin müxtəlifliyi və mədəni-tarixi irs obyektlərinin olması baxımından müxtəlif turizm növlərini inkişaf etdirmək üçün unikal imkanlara malikdir. Zəngin tarixə və infrastrukturun yüksək inkişaf tempinə malik ölkələrə isə əcnəbilərin marağı həmişə böyük olur. Son illər ölkəmizə gələn turistlərin sayının artması da bizim coğrafiyaya marağı əks etdirir.

Valyuta.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Təbii ki, bir çox ölkələrin biznes elitaları və əlaqədar qurumları turist axınının artırılmasında son dərəcə maraqlıdır və müxtəlif yollarla turistləri cəlb etməyə çalışırlar. Gəlmə və getmə turizmində statistikanın tez-tez dəyişməsi də turizm sektorunda bu istiqamətdə rəqabəti nümayiş etdirir.

Deputat həyəcan təbili çalır

Millət vəkili Vüqar Bayramovun bu ilin ilk rübündə ölkəmizə gəlmə turizmində azalmanın qeydə alınması barədə fikirləri isə mövzu ilə bağlı müəyyən suallar doğurur: ölkəyə gələn turistlərin sayı azalıbmı? Əgər reallıq budursa, səbəb nədir? İqtisadçı deputat fikirlərini əsaslandıraraq ölkəmizə gələn turistlərin sayında əsasən 3 əsas istiqamət üzrə azalmanın qeydə alındığını bildirib:

"Azərbaycan üçün gəlmə turizmdə əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk rübünü gəlmə turizm azalma ilə başa vurub". Millət vəkili ölkəmizə gələnlərin əsasən Rusiya, Türkiyə, Hindistan, İran, Gürcüstan, Qazaxıstan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Özbəkistan, Çin, Türkmənistan, Ukrayna, İsrail, Küveyt, Belarus və digər ölkələrin vətəndaşları olduğunu qeyd edib: "Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb".

V.Bayramovun açıqlaması turizm sahəsində çalışan mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb, eyni zamanda "azalma, yoxsa artım?" kimi ziddiyyətli sual ortaya çıxarıb. Bəzi turizmçilər gəlmə turizmində azalmanın olduğunu etiraf etsələr də, millət vəkilinin acıladığı statistikanı tamamilə təsdiqləmirlər. Əksinə, bir sıra ölkələrdən gələn turistlərin sayında artımın olduğunu da qeyd edirlər.

Ölkəyə gələn turistlərin sayı azalıb, yoxsa artıb? 

Turizm üzrə ekspert Əziz Şiriyev hesab edir ki, ümumiyyətlə, yanvar-fevral və mart aylarında Azərbaycana turist axını həmişə az olur:

"Bir neçə il əvvəl mart ayında cənubi azərbaycanlıların gəlməsi ilə bağlı canlanma olurdu. Təxminən 10-15 min azərbaycanlı gəlirdi. Bu, turizmin mart ayından başlamasına səbəb olurdu və statistika dəyişirdi. İndi İrandan ölkəmizə turist az gəlir. Bununla belə, aprel ayından - havalar qızdıqca Bakıda xeyli sayda turist görə bilərsiniz. Bu da mövsümlə əlaqədardır. Hava şəraitinin yaxşı olması hər zaman turizmə təsir edən məqamlardandır".

Bəzi ölkələrdən gələnlərin sayında azalma olsa da... 

Gəlmə turizmi ilə bağlı rüblük statistikanın Dövlət Miqrasiya Xidmətindən hələ daxil olmadığını bildirən turizmçi Əfsun Əhmədovun sözlərinə görə, keçən illə müqayisədə bu ilin yanvar ayında gəlmə turizmində artım müşahidə olunub:

"Məsələn, keçən il gələn 165.868 nəfər idisə, bu il 172.653 nəfər olub". Turizmçi Rusiya turistlərinin azalmasını təkcə Azərbaycan üzrə deyil, bütün dünya üzrə olduğunu qeyd edir: "Bunun müxtəlif səbəbi ola bilər. Müharibə də rol oynaya bilər, təyyarə biletlərinin bahalığı da, ölkələrinin iqtisadi vəziyyəti də...".

Ə.Əhmədov Türkiyə və İrandan gələn turistlərin sayında müəyyən azalma olduğunu bildirsə də, əksinə, Hindistan, Qazaxıstan, BƏƏ, Asiya ölkələrindən gələn turistlərin sayında artım olduğunu deyir: "Hətta yanvar ayında İsraildən gələn turistlər də artıb. Onlar əvvəllər ölkəmizə o qədər də gəlmirdilər. Ona görə də birmənalı şəkildə gəlmə turizmində azalmanın olduğunu demək olmaz".

Hansısa xidmətdən narazı olan bir gəlmir

"Rüblük göstəriciyə görə azalma ola bilər, amma yenə də gəlmə turizmində turistlərin sayı az deyil. Ölkəyə kifayət qədər turist daxil olur", - deyə gəlmə turizm üzrə menecer Vasif Yadigarov bildirir:

"Son üç ayda Türkiyədən gələn turistlərin sayı rekord həddə çatıb. Mən bu ay demək olar ki, Türkiyədən gələn turistlərlə çalışmışam. Aprel ayından etibarən Hindistandan böyük qruplarla gəlirlər. Onlar ölkənin ayrı-ayrı bölgələrinə də səyahət edirlər". Turizmçi hesab edir ki, ümumən azalma dünyanın ayrı-ayrı bölgələrində baş verən münaqişələrlə əlaqədar ola bilər: "Bəzi hallarda gələn turistlər, əsasən də Türkiyə və Hindistandan gələnlər ölkədə nəyisə bəyənmir və yenidən gəlmirlər".

V.Yadigarov hesab edir ki, bəzən internetdə, müxtəlif platformalarda yayılan mənfi məzmunlu videolar da gəlmə turizminə mane ola bilər: "YouTube" kanalında mənfi istiqamətdə, xüsusən Bakı ilə bağlı çəkilən videoları bloklamaq lazımdır. Çünki istənilən qonaq gəlməmişdən əvvəl internetdə araşdırır, ölkə haqqında məlumatlar əldə edir və sonra gəlir".

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

Azərbaycanlı sahibkar xanımlar “Women in Tech”də çıxış edib

18.03.2026

AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi ®

18.03.2026

"Fed" bu axşam növbəti faiz qərarını açıqlayacaq

18.03.2026

Dövlət qulluqçuları üçün bu müavinət də ləğv edilir

18.03.2026

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

18.03.2026

Rusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb

18.03.2026

“Azərişıq” Naxçıvanda 15 milyonluq tender elan edib

18.03.2026

Daha bir icra hakimiyyətində 54 nəfər işdən çıxarıldı

18.03.2026

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb

18.03.2026

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək

18.03.2026

Onların maaşı qaldırılır - Nazir açıqladı

18.03.2026

"Binance" 8 kriptovalyutanı siyahıdan çıxarır - Tarix açıqlandı

18.03.2026

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları ®

18.03.2026

Nazir: Onlar imtahansız ali məktəblərə qəbul ediləcək

18.03.2026

10 məşhur şirkətin səhmləri 2026-cı ildə üstünlük təşkil edə bilər

18.03.2026

Məzənnə

Yüklənir...