Redaktor
"BP" səhmləri son 6 ayın ən yüksək səviyyəyə çatıb
Bu gün səhər ticarət sessiyasında "BP"nin (BP.L) səhmləri 7% bahalaşaraq avqustdan bəri ən yüksək səviyyəyə çatıb.
Valyuta.Az xəbər verir kİ, bu artım, investor "Elliott Management"in enerji nəhəngində pay əldə etməsi və bu paydan strategiya və idarə heyətində dəyişikliklər tələb etmək üçün istifadə edəcəyi gözləntiləri ilə bağlıdır.
Saat 09:01 GMT-yə (Bakı vaxtı ilə 13:01) olan məlumata görə, "BP"nin səhmləri 7% bahalaşaraq 462,85 pensə çatıb və 2023-cü ilin fevralından bəri ən böyük günlük artımını qeydə almaq üzrə idi.
Ötən il "BP"nin səhmləri təxminən 16% dəyər itirib. Müqayisə üçün, digər enerji şirkətlərindən "Shell" (SHEL.L) 4% geriləyib, "ExxonMobil" (XOM.N) isə 8% dəyər qazanıb.
""BP"nin rəqibləri ilə müqayisədə zəif göstəricilərini nəzərə alsaq, istənilən aktiv investor, ən azı, idarə heyətinin sədrinin dəyişdirilməsini tələb edərdi", – "RBC Capital Markets" analitiki Birac Borkhatare deyib.
"BP"nin baş icraçı direktoru (CEO) Mürrey Oçinkloss investorların şirkətin strategiyasına inamını bərpa etməyə çalışır. O, 2023-cü ilin sentyabrında istefa verən sələfi Bernard Lunin yerinə keçib.
Borkhatareinin sözlərinə görə, strateji biznes nəzərdən keçirmələri çərçivəsində "BP"nin əsas neft və qaz bölməsinin bəzi keçid enerjisi seqmentlərindən ayrılması istiqamətində təzyiqlər ola bilər. Bunun məqsədi bu sahələrə sərmayənin minimallaşdırılması ola bilər.
Qeyd edək ki, "BP" sabah IV rüb üzrə maliyyə hesabatını açıqlayacaq. Şirkət ötən ay xəbərdarlıq edərək nəticələrinin zəif ola biləcəyini bildirmişdi.
Bundan əlavə, "BP" investorlara təqdimat gününü fevralın 11-dən fevralın 26-na qədər təxirə salıb. Buna səbəb Oçinklossun tibbi prosedur keçirməyə ehtiyacının olması göstərilib.
Oçinklossun bu kapital bazarları günündən (CMD) istifadə edərək yeni strategiyasını elan edəcəyi gözlənilir.
O, ötən ilin yanvarında vəzifəyə keçdikdən sonra "BP"nin bərpa olunan enerji və azkarbonlu layihələrə yatırımlarını yavaşladıb və yüksək gəlirli neft və qaz layihələrinə üstünlük verməyə başlayıb.
""BP"də "Elliott"un aktiv mövqe tutması barədə xəbərlər maraqlı bir vaxta təsadüf edir, çünki CMD-yə cəmi iki həftə qalıb. Şirkət rəhbərliyi artıq bu tədbirə qədər təzyiq altındaydı – əgər bu məlumat doğrudursa, təzyiq daha da artacaq", – "TD Cowen" broker şirkətinin analitikləri bildiriblər.
"Elliott" təxminən 70 milyard dollarlıq aktivləri ilə dünyanın ən nüfuzlu aktivist investorlarından birinə çevrilib.
""Elliott"un əvvəlki təcrübəsini nəzərə alsaq, onun "BP"yə müdaxiləsinin idarə heyətində dəyişikliklərə, portfelin yenidən strukturlaşdırılmasına və sərmayələrin əsasən hasilat layihələrinə yönləndirilməsinə səbəb ola biləcəyini düşünürük. Bu da sərbəst pul axınının maksimum artırılmasına xidmət edəcək", – "Jefferies" analitiki Cakomo Romeo qeyd edib.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDonald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
17.03.20269 milyard dollarlıq yapon təyyarəsi bir sərnişin daşımadı - Səbəb nədir?
17.03.2026Qlobal məlumat həcmi 181 zettabayta çatır, kiber risklər və xərclər artır
17.03.20262026-cı ildə marketinq trendləri: kiçik bizneslər üçün yeni imkanlar
17.03.2026Müharibə hansı yanacağın qiymətini daha çox artıracaq? - Analitiklərin proqnozu
17.03.2026Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib ®
17.03.2026Türkiyənin dollar milyarderi qadınları
17.03.2026“PAŞA Bank”ın keçmiş əməkdaşına “ABB”də vəzifə verildi
17.03.2026Prezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026