Qəribovlara aid şirkətin dövriyyə itkiləri 812 mln. manatı ötüb

Redaktor

15.08.2025 11:43
913

Qəribovlara aid şirkətin dövriyyə itkiləri 812 mln. manatı ötüb

“Unibank”a aid şirkətin Bakı Fond Birjası üzrə dövriyyəsində azalma 812 milyon manatı ötüb. 

Valyuta.az xəbər verir ki, söhbət "Unicapital İnvestisiya Şirkəti"ndən gedir. 

Belə ki, investisiya şirkətinin bu ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 4742 əqd üzrə 1,32 mlrd. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 38% və ya 812,4 mln. manat azdır. Halbuki, şirkətin 2024-cü ilin eyni dövründə daxili birja dövriyyəsi 3375 əqd üzrə 2,13 mlrd. manata bərabər olmuşdu. 

"Unicapital”ın dövriyyəsinin bir əqd üzrə orta dəyəri 277,6 min manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 56% azalma deməkdir. 

İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və korporativ istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 435,6 milyon manatı korporativ istiqrazların, 786,8 milyon manatı repo əməliyyatlarının payına düşüb. Portfeldə dövlət istiqrazlarının payı 77,46 milyon manat, AMB-nin notları 14 milyon manat, səhmlər isə 2,66 milyon manat təşkil edib.  

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb və “Unibank”ın törəmə şirkətidir. “Unibank”ın səhmlərinin əsas hissəsi - 94,08%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara aiddir.

Nara

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Tesla" rüblük gəlirini açıqladı

23.07.2026

Neft Fondu investisiya portfelində ABŞ dollarının payını açıqladı

23.07.2026

"Meta" əleyhinə sosial media iddiası geri götürülüb

23.07.2026

ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir

23.07.2026

Mərkəzi Bank 38 daşınmaz əmlakını təkrar hərraca çıxarır

23.07.2026

"Alphabet"in rüblük gəlirləri 120 milyard dollara yaxınlaşıb

23.07.2026

ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb

23.07.2026

JPMorgan-ın baş direktoru növbəti kredit böhranı ilə bağlı xəbərdarlıq edib

23.07.2026

Bəzi şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq

23.07.2026

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

23.07.2026

Qızıl üçün kritik həftə: Yeni rekordlar gözlənilir

23.07.2026
İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

İpoteka ilə ev alıb kirayə vermək uğurlu investisiyadır?

23.07.2026

9 fəaliyyət sahəsində işçi sayı geriləyib - SİYAHI

23.07.2026

Əmək bazarının ehtiyaclarına uyğun beş yeni peşə ixtisası yaradılır

23.07.2026

“ServiceNow” Hindistanın “BusinessNext” şirkətinə 40 milyon dollar sərmayə yatırıb

23.07.2026

"Az Sığorta"nın gəlirləri 25% azalıb, investisiya gəlirləri artıb

23.07.2026

"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb

23.07.2026

4 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb

23.07.2026

Metroda NFC ilə keçiddə problem yarandı

23.07.2026

ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi

23.07.2026

Məzənnə

Yüklənir...