Redaktor
Qaçay Mirzəyev "Solvas"ın Azərbaycan üzrə meneceri təyin olundu
Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdən birində yeni təyinat baş tutub.
Valyuta.az xəbər verir ki, Qaçay Mirzəyev SOLVAS (Azərbaycan) şirkətində Ölkə meneceri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, SOLVAS LLC Avropa, Yaxın Şərq və Afrika regionunda Microsoft bulud həllərinin ən böyük təchizatçılarından olan ALSO şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət Azərbaycandakı tərəfdaşlara müasir iş mühitləri, əməkdaşlıq, süni intellekt, kibertəhlükəsizlik və digər sahələr üzrə bulud texnologiyalarına əsaslanan ağıllı və etibarlı həllər təqdim edirlər.
Yeni təyin olunan Qaçay Mirzəyev 20 ildən artıq informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində peşəkar təcrübəyə malikdir. O, Azərbaycan, Belarus, Mərkəzi Asiya, Gürcüstan, Qazaxıstan və Ukrayna kimi müxtəlif regionlarda fəaliyyət göstərən şirkətlərin texnoloji inkişafına töhfələr verib, eyni zamanda 100-dən çox İT mütəxəssisini təlimləndirib.
Qaçay Mirzəyev bundan əvvəl “BP-Azerbaijan”, Azərbaycan Dövlət Neft Fondu və 10 ildən çox müddətdə “Microsoft Azerbaijan” şirkətində çalışıb, 2019-2022-ci illərdə adıçəkilən şirkətin Azərbaycan üzrə baş meneceri olub, Azərsilah Holding QSC-də İnformasiya Texnologiyaları Departamentinin rəhbəri, Azərbaycan Hava Yolları (AZAL)-da isə İnformasiya Texnologiyaları üzrə rəhbər vəzifəsində çalışıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Azərişıq”dan 6 milyon manatlıq SİFARİŞ
05.03.2026“Unleash” 35 milyon dollar investisiya alıb
05.03.2026"İran Naxçıvana 4 PUA ilə hücum edib" - MN
05.03.2026Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb
05.03.2026Naxçıvana alternativ reyslər təşkil olunub - AZAL
05.03.2026Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar
05.03.2026Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir
05.03.2026Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
05.03.2026İranın Naxçıvana dron hücumu ilə bağlı cinayət işi açıldı
05.03.2026"OpenAI"ın illik gəlirinin 25 milyard dolları keçdiyi iddia olunur
05.03.202611 tibb mərkəzi üçün 21 milyonluq laboratoriya testləri alınacaq
05.03.2026İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların adları məlum oldu
05.03.2026ABŞ-İran müharibəsi fonunda artım sürətlənir: “Bitcoin” təxminən 8% bahalaşdı
05.03.202645 dəqiqəlik görüş 6 milyon dollarlıq startap ideyasına çevrildi
05.03.2026Mütəxəsis: "İşdə iki nəfər arasında baş verən konfliktin vaxtında qarşısı alınmalıdır"
05.03.2026
Bankların ən çox biznes krediti verdiyi sahələr - CƏDVƏL
05.03.2026