"PAŞA Bank"ın qeyri-faiz gəlirləri 34,4 milyon manat azalıb

Redaktor

15.04.2026 10:11
741

"PAŞA Bank"ın qeyri-faiz gəlirləri 34,4 milyon manat azalıb

"PAŞA Bank" 2026-cı ilin ilk üç ayını 48 milyon 287 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az xəbər verir ki, bu ötən ilin 44 milyon 017 min manatı ilə müqayisədə 4 milyon 270 min manat və ya 9,7% artıb.

Bankın faiz gəlirləri hesabat dövründə 144 milyon 104 min manat təşkil edib. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1 milyon 108 min manat və ya 4,2% azalaraq 25 milyon 316 min manata düşüb.

Cari ilin yanvar-mart aylarında bankın faiz xərcləri 53 milyon 275 min manat olub. 2025-ci ilin eyni dövründə isə faiz xərcləri 39 milyon 248 min manat təşkil edib. Beləliklə, bu istiqamətdə 14 milyon 027 min manat və ya 35,7% artım qeydə alınıb. Artım əsasən depozitlər üzrə faiz xərcləri ilə bağlı olub. Bu üzrə faiz xərcləri 2025-ci ilin ilk rübündə 36 milyon 205 min manat olduğu halda, 2026-cı ilin ilk rübündə 49 milyon 102 min manata yüksəlib. Bu isə 12 milyon 897 min manat və ya 35,6% artımdır.

Bankın qeyri-faiz gəlirləri isə azalıb. 2025-ci ilin ilk üç ayında 91 milyon 482 min manat olan qeyri-faiz gəlirləri 2026-cı ilin eyni dövründə 57 milyon 062 min manata enib. Bu, 34 milyon 420 min manat və ya 37,6 faiz azalma deməkdir.

"PAŞA Bank"ın cəmi öhdəlikləri 2025-ci ilin ilk üç ayında 7 milyard 290 milyon 259 min manat olduğu halda, 2026-cı ilin eyni dövründə 8 milyard 088 milyon 327 min manata çatıb. 

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 2025-ci ilin ilk üç ayında 633 milyon 461 min manat olub. 2026-cı ilin eyni dövründə bu göstərici 208 milyon 960 min manat və ya 33% artaraq 842 milyon 421 min manata yüksəlib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tələbə borcunu ödəmək üçün yaratdığı sayt onu 5 aya milyonçu etdi

25.07.2026

"Nvidia", "Microsoft" açıq mənbəli süni intellekt modellərinə dəstək çağırışı edib

25.07.2026

Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı

25.07.2026

Ağıllı eynək böhranı böyüyür: "Meta" hesabları bağlamaq qərarına gəldi

25.07.2026

"Patreon" əməkdaşlarının 20%-ni ixtisar edir

25.07.2026

"Yahoo" CEO-su: "Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim"

25.07.2026
Bir çamadana təkər taxmaq niyə 5 min il çəkdi?

Bir çamadana təkər taxmaq niyə 5 min il çəkdi?

25.07.2026

Bakıda skuterlərlə bağlı yeni problem - VİDEO

24.07.2026

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək?

24.07.2026

"OpenAI" "ChatGPT Health" funksiyasını ABŞ-da bütün yetkin istifadəçilər üçün istifadəyə verdi

24.07.2026

Azərbaycana bu il nə qədər avtobus gətirilib?

24.07.2026

Süni intellekt bazarı "Intel"in gəlirlərini artırdı 

24.07.2026

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

24.07.2026

Dünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir

24.07.2026

Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib

24.07.2026

İlon Maskın şirkətləri birjada dəyər itirir

24.07.2026

Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri

24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib?

Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ

24.07.2026

Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib

24.07.2026

Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL

24.07.2026

Məzənnə

Yüklənir...