“PAŞA Bank”ın Gürcüstan törəməsi zərər edib

Redaktor

03.02.2026 10:35
1,052

“PAŞA Bank”ın Gürcüstan törəməsi zərər edib

"PAŞA Bank Gürcüstan" 2025-ci ili 2,499 milyon lari (1,574 milyon manat) xalis mənfəətlə başa vurub.

Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,7 % və ya 4,792 milyon lari (3,019 milyon manat) azalma deməkdir.

Xatırladaq ki, 2024-cü ildə bankın xalis mənfəəti 7,291 milyon lari (4,593 milyon manat) təşkil etmişdi. Bankın nizamnamə kapitalı 136,8 milyon laridir(86,184 milyon manat).

Bu il yanvarın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri əvvəlki illə müqayisədə 6,3 % azalaraq 661,662 milyon lari (416,847 milyon manat) təşkil edib. Aktivlərin 423,384 milyon larisi (266,732 milyon manat) müştərilərə verilmiş xalis kreditlərin payına düşüb.

Bankın öhdəlikləri 521,663 milyon lari (328,648 milyon manat) olub ki, bu da ötən illə müqayisədə 11 % azalma deməkdir. Depozit portfeli isə 429,803 milyon lari (270,776 milyon manat) təşkil edib və bu göstəricidə də 16,7 % azalma qeydə alınıb.

Qeyd edək ki, 2013-cü ildə Gürcüstan Mərkəzi Bankı “PAŞA Bank Gürcüstan”a fəaliyyət lisenziyası verib.

Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...