"Ötən il ticarətin maliyyələşdirilməsi üzrə 9,25 milyard dollarlıq layihə təsdiqlənib"

Redaktor

17.06.2026 11:17
136

"Ötən il ticarətin maliyyələşdirilməsi üzrə 9,25 milyard dollarlıq layihə təsdiqlənib"

​"Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) 2008-ci ildə fəaliyyətə başladığı vaxtdan bəri ticarətin maliyyələşdirilməsi üzrə 96 milyard dollar məbləğində layihəni təsdiqləyib".

Valyuta.az xəbər verir ki, ITFC-nin Baş icraçı direktoru mühəndis Ədib Yusuf Əl Aama bu sözləri Bakıda keçirilən İslam İnkişaf Bankı (İSDB) Qrupunun Özəl Sektor Forumunun (PSF 2026) panel müzakirələrində deyib.

​O bildirib ki, korporasiya İslam Əməkdaşlıq Təşkilatına (İAT) üzv olan 57 ölkəyə dəstək göstərir: "Fəaliyyət həm ölkələr arası, həm də daxili ticarətin inkişafını hədəfləyir. Maliyyələşdirmə ilə yanaşı, potensialın gücləndirilməsi daxil olmaqla ticarətin şaxələndirilməsi istiqamətində də layihələr icra edilir".

Ədib Yusuf Əl Aamanın sözlərinə görə, korporasiyanın fəaliyyəti islam maliyyə prinsiplərinə əsaslanır və real iqtisadiyyatın inkişafına yönəlib: "Bu prinsiplərə risklərin bölüşdürülməsi, aktivlərlə təminat, etik investisiya və sosial həmrəylik daxildir".

​Baş icraçı direktor qeyd edib ki, təkcə 2025-ci ildə ticarətin maliyyələşdirilməsi üzrə 9.25 milyard dollar həcmində layihə təsdiq edilib: "Bunun 4.8 milyard dolları İAT daxili ticarətin maliyyələşdirilməsinə yönəldilib. Ayrılan vəsaitlər daha çox ehtiyacı olan az inkişaf etmiş ölkələrə istiqamətləndirilir".

​Qurum rəhbəri həmçinin xarici maliyyə resurslarının cəlb edilməsi (mobilizasiya) imkanlarına da toxunub.

Bildirib ki, ITFC tərəfindən yatırılan hər 1 dollar qarşılığında kənar mənbələrdən 2 dollar vəsait cəlb etmək mümkün olub. Beləliklə, indiyədək partnyor maliyyə institutları ilə tərəfdaşlıq çərçivəsində ümumilikdə 60 milyard dollara yaxın vəsait səfərbər edilib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinə son 3 gün qaldı!

21.06.2026

Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək

21.06.2026

12 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?

21.06.2026

Məqsədlərə çatmağın sadə addımları

20.06.2026

Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb

20.06.2026

Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya

20.06.2026

Ən uğurlu iş mühitləri hansılardır?

20.06.2026

2026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb

20.06.2026

Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb

20.06.2026

Bütün varlı və uğurlu insanların gizli vərdişləri

20.06.2026

Swatch-un ən bahalı saatları

20.06.2026

Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb

20.06.2026

İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş

20.06.2026

Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır

20.06.2026

Azərbaycan nefti bahalaşıb

20.06.2026

Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor

20.06.2026
Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

20.06.2026

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

19.06.2026

Varlı olmağın üstünlükləri və mənfi cəhətləri

19.06.2026

Toxunduqda işıqlanır: Elektrik olmadan işıq yaradan ucuz material hazırlandı

19.06.2026

Məzənnə

Yüklənir...