Orta aylıq əməkhaqqı min manatı keçən sahələr

Redaktor

19.01.2026 17:40
402

Orta aylıq əməkhaqqı min manatı keçən sahələr - SİYAHI

2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı illik müqayisədə 9,3 faiz artaraq 1089,2 manat təşkil edib.

Valyuta.az xəbər verir ki, dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1066,2 manat, özəl müəssisələrdə isə 1111,7 manat olub.

Ümumilikdə orta aylıq əməkhaqqı 1 min manatı keçən sahələr aşağıdakılardır.

Sahə Dövlət sektoru (AZN) Qeyri-dövlət sektoru (AZN)
Mədənçıxarma sənayesi 2 499,30 4 277,70
Maliyyə və sığorta fəaliyyəti 3 745,80 2 666,40
Peşə, elmi və texniki fəaliyyət 1 291,90 2 230
İnformasiya və rabitə 1 615,80 2 033,50
Digər sahələrdə xidmətlərin göstərilməsi 1 890,20 1 106,40
Nəqliyyat və anbar təsərrüfatı 1 628,20 1 394,90
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 1 124,80 1 608,40
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 1 149,10 1 195,30
Tikinti 1 155,40 1 168,60
19.01.2026

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...