Redaktor
Növbəti illərdə Bakının hansı ərazisindən ev almaq daha ucuz olacaq?
Abşeron yarımadasının müxtəlif ərazilərində daşınmaz əmlakın qiymətlərində fərqli artım templəri müşahidə olunur. Ekspertlərin fikrincə, son bir neçə ildə əmlak bazarında ciddi durğunluq var. Bu proses uzun müddət davam etsə, satış qiymətlərində stabilləşmə və hətta enməni də görmək mümkün olacaq.
Bəs, görəsən, yaxın gələcəkdə yarımadanın, o cümlədən paytaxtın hansı ərazilərində daha ucuz qiymətə mənzil tapmaq olacaq?
Məsələ ilə əmlak eksperti Elnur Fərzəliyev Trend-ə açıqlamasında deyib ki, Xırdalan şəhərində əmlak paytaxta nisbətən ucuz olsa da, tıxac səbəbindən orada yaşayan insanlar da məcburən öz evlərini sataraq paytaxta doğru gəlməyə çalışırlar:
"Hazırda xüsusən kreditli şərtlərlə alınan əmlaklarda şəhərin Günəşli, Zığ massivi tipli ərazilərinə tələbat daha çoxdur. Həmin ərazilərdə qiymət artımı paytaxta nisbətən daha azdır. Bundan əlavə, paytaxtda yeni metro stansiyalarının açılacağı ilə bağlı xəbərlər yayılıb. Həmin stansiyaların nisbətən kənar ərazilərdə açılacağı bildirilir. Bu səbəbdən həmin ərazilərdə daşınmaz əmlaklara tələbat artacaq, yatırım etmək üçün sərfəli şərait yaranacaq”.
Elnur Fərzəliyev vurğulayıb ki, hazırda qiymət artımı təbii formada olsa da, əksər ərazilərdə süni artımlar da var.
"Bu da istismar müddəti bitən, qəzalı vəziyyətdə olan köhnə binalarda baş verir. Buna da əsas səbəb həmin binaların sökülərək yenitikililərlə əvəzlənməsidir. Artıq azad olunan ərazilərdə tikinti işlərinin sürətlənməsi, yeni iş yerlərinin açılmasına səbəb olur. Bölgələrdən iş üçün gələn insanların böyük bir qismi paytaxta deyil, həmin ərazilərə üz tutur”, - deyə ekspert əlavə edib.
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov isə Trend-ə açıqlamasında qeyd edib ki, son dövrlər qiymət artımına daha çox Bakı və Abşeron ərazisi məruz qalıb:
"Bu, Bakıdakı fiziki artım, regionlardan olan yüksək urbanizasiya ilə bağlıdır. Qiymətlərin stabil bahalaşması fonunda vətəndaşların büdcəsi imkan vermir ki, ev alışı üçün yetərli vəsaiti toplaya bilsinlər. Onlar da ipoteka, müxtəlif kredit növlərinə üz tuturlar”.
Onun sözlərinə görə, növbəti illərdə qiymətlərin artması qaçılmaz olacaq.
"Bəzi ərazilərdə təklif tələbdən yüksəkdir. Bunun fonunda qiymətlərin nisbətən stabil və ucuz qalması proqnozlaşdırıla bilər. Buraya ilk növbədə Xırdalan şəhəri ərazisi daxildir. Burada inşaat həcmi kifayət qədər var, təkliflərin sayı həddindən artıq çoxdur. Yol infrasturkturunun inkişafı gələcəkdə həmin ərazilərdə evlərin alışı üçün münbit şərait yaradacaq. Buraya ilk növbədə Xırdalan şəhəri və onun ətrafındakı ərazilər daxildir. Bundan əlavə Masazır qəsəbəsini də qeyd etmək olar. Üçüncü yerdə isə Sumqayıt şəhəri və Hövsan qəsəbəsidir. Burada kifayət qədər daşınmaz əmlak var. Tələbat da yüksək deyil. Bu baxımdan qiymət artımları nisbətən az olacaq”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYaxın Şərqdə risklərin bazarlara təsiri məlum oldu
31.03.2026Rusiya benzin ixracını dayandırır - Azərbaycana necə təsir edəcək?
31.03.2026Tibb müəssisələri üçün 4,8 milyon manatlıq vasitə alınacaq
31.03.2026Qızılda 17 ilin ən pis göstəricisi: İlin sonu vəziyyət necə olacaq?
31.03.2026Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - FOTO
31.03.2026Avtobusla rayonlara səfər edənlər sığorta olunacaqlar - AÇIQLAMA
31.03.2026Azərbaycana 70 min ədəd smartfon gətirilib - Ölkələr/Qiymətlər
31.03.2026Valideynlərə vacib xəbər: I sinfə qəbulda yeni QAYDA
31.03.2026"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi
31.03.2026Azərbaycana orta qiyməti 470 min manat olan elektrik avtobusları gətirilib
31.03.2026
Kredit təsdiqlənən sifariş ləğv edilərsə, kredit tarixçəsinə təsir edirmi?
31.03.2026Sabahdan bunu edənlər cərimələnəcək
31.03.2026Sərnişin daşımaq üçün icazə almaq sərtləşdirildi
31.03.2026"Əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə işləyir"
31.03.20261945-ci ilə aid fransız şərabı rekord qiymətə satılıb
31.03.2026