Redaktor
Sərnişinlər metrodan daha az istifadə edib
Bu ilin yanvar-noyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 205 milyon 015,5 min nəfər olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,74% və ya 3 milyon 625,7 min nəfər azdır.
Ötən ilin eyni dövründə bu göstərici 208 milyon 641,2 min nəfər olub. Xatırlatma üçün qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında isə metrodan istifadə edənlərin sayı 208 milyon 641,2 min nəfər olub.
Bununla yanaşı, nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 134 326,6 min ton yük, 1 756 344,0 milyon sərnişin daşınıb.
Ümumilikdə isə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən bu ilin yanvar-noyabr aylarında 217,9 milyon ton yük və 1 974,4 milyon sərnişin daşınıb.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük daşınması 2,0 faiz, sərnişin daşınması isə 5,6 faiz artıb.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
20.01.2026Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Bakı metrosunda interval azaldılacaq? - Rəsmi
20.01.2026Stolüstü kompüter istehsalı 52% azalıb
20.01.2026