Nazirlik “Yuxa” restoranını bağladı

Redaktor

16.02.2026 16:58
134

Nazirlik “Yuxa” restoranını bağladı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin Mətbuat xidmətindən Valyuta.az-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən "Yuxa" restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

- obyektin bəzi daxili divarları yanar materiallarla üzlənilib;

- mətbəxdə quraşdırılmış tüstü bacasının təmizlənməsi barədə akt təqdim edilməyib;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- obyektdə köçürmə yolunu göstərən nişanlar mövcud deyil;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi və layihə sənədləri təqdim edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş "Yuxa" restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Zadəganlar" Kənan Yıldız üçün 57,5 milyon avro ödəməyi planlaşdırır

16.02.2026

Çin Yeni ilində rekord: Ölkə daxilində 9,5 milyard səfər ediləcək

16.02.2026

İcra başçısı yenicə işə götürdüyü köməkçisini vəzifədən azad etdi

16.02.2026

Azərbaycan ötən ay əsas 9 ölkəyə qeyri-neft məhsulları ixrac edib - Gəlirlər

16.02.2026

Tarlalarda lazerli nəzarət: Süni intellekt alaq otlarını tək-tək məhv edir

16.02.2026

"Microsoft"un "Jumpstart" tapmacası: Nəhəng istehsalçılara gizli təzyiq?

16.02.2026

İstifadəyə yararsız pulları 2 martdan sonra bu banklarda dəyişmək mümkündür

16.02.2026

Daha az xərcləmək xoşbəxtliyin sirri ola bilər

16.02.2026

“X”in fəaliyyətində problem yarandı

16.02.2026

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

16.02.2026

İlon Maskın maliyyə addımları adi investorlar üçün nəyi öyrədə bilər?

16.02.2026

"Google"a qarşı yeni məhkəmə: Məşhur aparıcının səsi oğurlanıb?

16.02.2026
Azərbaycanın xam neft ixrac etdiyi ölkələr

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - SİYAHI

16.02.2026

Nazirlik “Yuxa” restoranını bağladı

16.02.2026

Nazirə yeni müşavir təyin edildi - FOTO

16.02.2026

Dövlət hesabına xaricdə təhsil hüququ qazanan 33 nəfər imtina edib

16.02.2026

Pentaqonla süni intellekt nəhəngi arasında gərginlik

16.02.2026

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

16.02.2026

S&P “Kapital Bank”ın reytinqini təsdiqləyib, proqnozu “müsbət” saxlayıb

16.02.2026

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

16.02.2026

Məzənnə

Yüklənir...