İlon Maskın maliyyə addımları adi investorlar üçün nəyi öyrədə bilər?

Redaktor

16.02.2026 17:44
70

İlon Maskın maliyyə addımları adi investorlar üçün nəyi öyrədə bilər?

İlon Maskın mübahisəli fiqur olduğunu demək bu gün oxuyacağınız ən böyük understatementlərdən biri olar. Onun nəhəng sərvəti onu Yer kürəsinin ən təsirli insanlarından birinə çevirir. Bəs bu təsir adi amerikalı investor üçün də keçərlidirmi və onun sərvət quruculuğu planında yer alan strategiyalar milyarderlərdən başqa kimsə üçün praktikdirmi?

Gəlin Maskın maliyyə strategiyalarından nəyi öyrənməyin mümkün, nəyi isə qeyri-mümkün olduğuna nəzər salaq.

Həmçinin Maskın bir gündə nə qədər pul qazandığına da baxın.

Adi investor Maskdan nə öyrənə bilər?

Maska gündəlik investisiya məsləhəti mənbəyi kimi baxmağın çətin tərəfi ondadır ki, onun sərvəti ona faktiki olaraq limitsiz resurslar verir və biznesləri milyardlarla dollar dövriyyə ilə işləyir. Bu isə əksər amerikalıların ömrü boyu görə bilməyəcəyi məbləğdir.

Bununla belə, istənilən uğurlu biznesmenin həm yeni başlayanlar, həm də təcrübəli investorlar üçün cəlbedici strategiyaları olur.

Transformativ texnologiyalar

Maskın uğurunun böyük hissəsi onun sahibkarlıq vizyonuna sarsılmaz sədaqəti ilə bağlıdır. Bu vizyon əsasən yeni yaranan texnologiyaları və bazarı dəyişdirə biləcək trendləri erkən mərhələdə müəyyənləşdirməyə əsaslanır.

Gələcək trendləri proqnozlaşdıraraq investisiya etmək riskli oyundur. Lakin uzun illər ərzində formalaşmış bazarları kökündən dəyişə biləcək innovativ şirkətlərə yatırım etmək səmərə verə bilər. “Fidelity” şirkətinin qeyd etdiyi kimi, “disruptiv dəyişikliklərə investisiya etmək uzunmüddətli dəyişiklikləri birbaşa istiqamətləndirən və ya həmin dəyişikliklərdən təsirlənə biləcək şirkətlərə yatırım etmək deməkdir”.

Uzunmüddətli investisiya

Yeni investorların ticarət tətbiqlərini davamlı izləməsi başadüşüləndir. Lakin müəyyən mərhələdə sizi daim nəzarətdə saxlamağa vadar edən qorxu və ya tamah hissini aşmaq lazımdır. İnvestisiya uzunömürlü bir prosesdir. Mask əsasən öz şirkətlərinə yatırım etsə də, onun bazar enişləri zamanı da investisiyalarını saxlamaq meyli yalnız sürətli gəlir axtaranlar üçün əhəmiyyətli dərsdir.

Maskın investisiya strategiyaları nəyi öyrədə bilməz?

Yuxarıda qeyd edildiyi kimi, Maskın sərvəti ona investor kimi ciddi rəqabət üstünlüyü verir. Böyük həcmdə likvid resurslara və sədaqətli səhmdarlara çıxış imkanı ona adi amerikalının imkanlarını xeyli üstələyən riskləri qəbul etməyə və itkiləri qarşılamağa şərait yaradır.

Sərmayənin şaxələndirilməsi sərvəti qoruyur

Konsentrasiyalı portfel sərvət yarada bilər. Mask əsasən nəzarət etdiyi bir neçə şirkəti maliyyələşdirməsi ilə tanınır. Lakin bu yanaşma ciddi iqtisadi tənəzzül zamanı riskli ola bilər. Yalnız bir səhmə və ya məhdud sayda aktivə fokuslanmaq həmin səhmlər uğursuz olduqda adi investor üçün dağıdıcı nəticələrə səbəb ola bilər.

Mask özü də maliyyə iflasına yaxın olub. O, 2020-ci ildə “X” platformasında yazmışdı ki, “Model 3” modelinin kütləvi istehsalı zamanı yaranan “istehsal və logistika cəhənnəmi” səbəbindən “Tesla” təxminən bir ay sonra müflis ola bilərdi. Adi investor üçün portfeli şaxələndirmək daha məqsədəuyğundur.

Öz şirkətlərinə investisiya

Maskın öz layihələrinə böyük həcmdə sərmayə qoyması həmin şirkətlərin uğuruna töhfə verir və ona digər investorların malik olmadığı nəzarət imkanları qazandırır. Adi fond bazarı iştirakçısının isə təsir imkanları məhduddur. Onlar səhmləri girov qoyaraq yüz milyonlarla dollar borc ala, institusional investorları şirkət maliyyələşdirməsinə cəlb edə, öz vəsaitlərini kreditlər üçün təminat kimi təqdim edə və ya əsas əməliyyat və maliyyə qərarlarını verə bilmirlər. Adi investorlar bazarları hərəkətə gətirmir, yalnız baş verən dəyişikliklərə reaksiya verirlər.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Zadəganlar" Kənan Yıldız üçün 57,5 milyon avro ödəməyi planlaşdırır

16.02.2026

Çin Yeni ilində rekord: Ölkə daxilində 9,5 milyard səfər ediləcək

16.02.2026

İcra başçısı yenicə işə götürdüyü köməkçisini vəzifədən azad etdi

16.02.2026

Azərbaycan ötən ay əsas 9 ölkəyə qeyri-neft məhsulları ixrac edib - Gəlirlər

16.02.2026

Tarlalarda lazerli nəzarət: Süni intellekt alaq otlarını tək-tək məhv edir

16.02.2026

"Microsoft"un "Jumpstart" tapmacası: Nəhəng istehsalçılara gizli təzyiq?

16.02.2026

İstifadəyə yararsız pulları 2 martdan sonra bu banklarda dəyişmək mümkündür

16.02.2026

Daha az xərcləmək xoşbəxtliyin sirri ola bilər

16.02.2026

“X”in fəaliyyətində problem yarandı

16.02.2026

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

16.02.2026

İlon Maskın maliyyə addımları adi investorlar üçün nəyi öyrədə bilər?

16.02.2026

"Google"a qarşı yeni məhkəmə: Məşhur aparıcının səsi oğurlanıb?

16.02.2026
Azərbaycanın xam neft ixrac etdiyi ölkələr

Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - SİYAHI

16.02.2026

Nazirlik “Yuxa” restoranını bağladı

16.02.2026

Nazirə yeni müşavir təyin edildi - FOTO

16.02.2026

Dövlət hesabına xaricdə təhsil hüququ qazanan 33 nəfər imtina edib

16.02.2026

Pentaqonla süni intellekt nəhəngi arasında gərginlik

16.02.2026

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları - ÖLKƏLƏR

16.02.2026

S&P “Kapital Bank”ın reytinqini təsdiqləyib, proqnozu “müsbət” saxlayıb

16.02.2026

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

16.02.2026

Məzənnə

Yüklənir...