Redaktor
Nazirlik rəsmisi: “Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir”
Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir, fermerlərin daha çox gəlir əldə etməsinin qarşısını alır.
Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov son günlər bəzi kütləvi informasiya vasitələrində heyvanların aşağı çəkidə kəsimi, ət istehlakının artımı ilə bağlı ekspertlərin açıqlamasına münasibət bildirərkən deyib.
O, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə istinadın əsassız olduğunu açıqlayıb: “Heyvanların aşağı çəkidə və erkən yaşlarda kəsimi ilə bağlı bəzi ekspertlərin yanaşmaları əsassızdır və Kənd Təsərrüfatı Nazirliyinin mövqeyi bu məsələdə tam fərqlidir. Mövqeyimiz ondan ibarətdir ki, heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsi heyvandarlığın inkişafına mənfi təsir göstərən amillərdən biri olsa da, bu sahədəki problemlərin yalnız bir aspektini təşkil edir. Çünki hesab edirik ki, heyvanların aşağı çəkidə kəsilməsi hallarının azaldılması ölkədə xırda və iribuynuzlu heyvanlardan əldə ediləcək ət istehsalının və ət məhsulları ilə özünütəminatın artmasına müsbət təsir göstərə bilər ki, bununla da idxaldan asılılıq azala bilər. Bununla yanaşı, aparılmış hesablamalar göstərir ki, heyvanları aşağı çəkidə kəsimə vermək həm də fermerlərin gəlirlərini azaldır. İri və ya xırdabuynuzlu heyvanların aşağı çəkidə yox, təsərrüfat yetişkənliyi dövründə kəsilməsi heyvandarlıqla məşğul olan fermerlərə daha çox qazanc gətirməklə yanaşı ümumi ət istehsalının da artmasına müsbət təsir göstərərdi. Bu yanaşma bütün dünyada mövcuddur”.
Şöbə müdirinin sözlərinə görə, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisində azalma müşahidə edilməkdədir: “Rəsmi statistik məlumatlara görə, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisi 2023-cü ildə 14 kq-a bərabər olub ki, bu göstərici də 2020-2022-ci illərlə müqayisədə heyvan başına 2 kiloqramdan aşağıdır. 2023-cü ildə ölkə üzrə kəsilmiş qoyun və keçilərin orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında 8 min ton civarında itki deməkdir. Bu baxımdan hesab edirik ki, heyvanların kəsim çəkisinin yüksəldilməsi, ölkə üzrə ət məhsulları təminat məsələsinə də müsbət təsir göstərə bilər”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsi qərarını açıqlayıb
28.01.2026Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif etdi
28.01.2026Bazarda tektonik dəyişikliklər: Avropada ən populyar avtomobillər
28.01.2026Ötən il müdafiə və milli təhlükəsizlik xərcləri 23% artıb
28.01.2026Azərbaycan səhiyyə xərclərini 30%-dən çox azaldıb
28.01.2026Şirkət rəhbərinə borca görə "stop" qoyuldu
28.01.2026Prezident DİN ilə bağlı fərman imzaladı
28.01.2026Bakıda köhnə tikililərdə kəskin bahalaşma dövrü başa çatır
28.01.2026Ötən il təhsilə nəzərdə tutulandan 319 mln. manat az xərclənib
28.01.2026Elektron satınalma hesabına büdcəyə 786,6 milyon manat qənaət edilib!
28.01.2026Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vergi güzəştləri ola bilər
28.01.2026TikTok artıq sizi izləyir - Özünüzü necə qorumalısınız?
28.01.2026"Samsung" bu markadan bir milyon ədəd istehsal edəcək
28.01.2026İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı
28.01.2026Neft Fondundan ərəb şirkətinə 1 milyard dollarlıq investisiya yatırımı
28.01.2026Özəl bankların iqtisadiyyata kredit qoyuluşu 22 milyard manatı keçib
28.01.2026“IDEALISE 2” inkubasiya proqramına qeydiyyat başladı!
28.01.2026