Nazirlik "Gənclər Həftəsi"nə 1 milyondan çox xərc çəkəcək

Redaktor

06.02.2026 11:19
103

Nazirlik "Gənclər Həftəsi"nə 1 milyondan çox xərc çəkəcək

Gənclər və İdman Nazirliyi “Gənclər Həftəsi 2026” üçün milyonluq tender elan edib.

Valyuta.az xəbər verir ki, Nazirlik tərəfindən elan olunan tenderin qalibi "VATA" MMC olub.

Belə ki, “Gənclər Həftəsi 2026” tədbirlərinin təşkili xidmətlərinin satın alınmasını əhatə edən bu layihənin həyata keçirilməsi üçün qalib şirkətə 1 milyon 87 min 275,6 manat ödəniləcək.

Qalib şirkət - "Vata" MMC-nin qanuni təmsilçisi Atayev Kənan Fuad oğludur. 

Rəsmi məlumatlara görə, “VATA” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin dövlət qeydiyyatına alındığı tarix isə açıq mənbələrdə qeyd olunmayıb.

Qeyd edək ki, sözügedən tender üçün ehtimal olunan məbləğ 2 milyon 470 min 260,38 manat olub. 

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...