Maddi vəziyyətinizi necə yaxşılaşdıra bilərsiniz?

Redaktor

28.01.2026 11:55
181

Maddi vəziyyətinizi necə yaxşılaşdıra bilərsiniz? - Ekspertlərdən tövsiyələr

Maliyyə sabitliyi bir çox insanın arzular siyahısında ilk sıradadır. Əgər siz də maaşınızın dəyərinizə uyğun olmadığını düşünürsünüzsə, çoxlu borcunuz varsa və ya xərcləriniz gəlirlərinizi aşırsa — indi maliyyə vəziyyətinizi düzəltmək üçün ən doğru zamandır.

Bu məqsədə çatmaq üçün aşağıdakı mütəxəssis tövsiyələrinə əməl edin:

Maliyyə savadınızı artırın

“Independent Equity” şirkətinin baş investisiya direktoru Qaret Polankonun fikrincə, maliyyə baxımından irəliləməyin ən yaxşı yollarından biri şəxsi maliyyə və investisiya mövzusunda özünüzü maarifləndirməkdir.

“O qeyd edir ki, büdcə tərtibatı, qənaət, sərmayə və digər maliyyə mövzularını öyrənməyə kömək edən çoxlu kitab, məqalə və onlayn kurslar mövcuddur. Şəxsi maliyyə barədə nə qədər çox bilsəniz, bir o qədər düşünülmüş qərarlar verə bilərsiniz.”

Lazımsız xərcləri azaldın

Xərclərinizə diqqətlə baxın və ixtisar edə biləcəyiniz xərcləri müəyyən edin. Məsələn, artıq izləmədiyiniz yayım platforması abunəliyiniz və ya istifadə etmədiyiniz idman zalı üzvlüyünüz ola bilər.

Eləcə də, yemək planlaması və alış-veriş siyahısına sadiq qalmaqla ərzaq xərclərinizi azalda bilərsiniz. Bu, impulsiv alışların qarşısını alar və lazım olandan artıq almağa imkan verməz.

Daha kiçik evə köçün

Yalnız kiçik deyil, iri xərclərə də baxaraq qənaət yollarını axtarın.

“Lenders.fi” şirkətinin həmtəsisçisi Dineş Pandian bildirib: “Əgər yaşadığınız ev və ya mənzil çox bahalıdırsa və əlavə sahəyə ehtiyacınız yoxdursa, daha kiçik məkana köçməyi düşünün. Bu, kirayə və ya ipoteka ödənişlərinə qənaət etməyə imkan verəcək və hələ də öz eviniz olacaq.”

Markasız məhsullar alın

Pandian bildirir ki, alış-veriş zamanı daha düşüncəli olmaqla tez bir şəkildə qənaət etmək olar: “Əgər markasız məhsullar keyfiyyətcə eyni və ya bənzərdirsə, brend məhsullar almağa ehtiyac yoxdur. Bəzən bu, yalnız marketinq hiyləsidir və real fayda vermir.”

İllik, rüblük və aylıq hədəflər müəyyən edin

Sadəcə aylıq büdcə planı ilə kifayətlənməyin. Əvvəlcə, gələn ilə qədər nə qədər vəsait toplamaq istədiyinizə qərar verin. Daha sonra aylıq və rüblük hədəflər qoyun.

İrəliləyişinizi izləyin

Hədəflərinizə çatacağınızı sadəcə ümid etməyin. Mütəxəssislər qeyd edir ki, hesabat aparmaq vacibdir.

“Xüsusilə başlanğıcda maliyyə məqsədinə sadiq qalmaq çətin ola bilər. Onlayn maliyyə proqramları bu irəliləyişi daha rahat vizuallaşdırmağa kömək edir. Bütün hesablarınızı bir araya gətirərək ümumi maliyyə vəziyyətinizi görməyə və aylıq xərclərinizin ödənilib-ödənilmədiyini dəyərləndirməyə imkan verir.”

Fövqəladə hallara ehtiyat fond yaradın

Gözlənilməz hadisələr və qəfil xərclər bizi çaşdıra bilər. Təxminən 3–6 aylıq xərclərə bərabər ehtiyat fond yaratmaq bu cür vəziyyətlərdə maliyyə baxımından hazırlıqlı olmağa kömək edir.

“MainStreet Financial Planning” şirkətindən maliyyə planlayıcısı Vida Jatulis tövsiyə edir ki, bu məqsədlə yüksək gəlirli əmanət hesabı açın — beləliklə, yığılan vəsait üzərindən faiz gəliri də əldə etmiş olarsınız.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Anthropic" startapı 10 milyard dollardan çox investisiya cəlb etdi

28.01.2026

Elgin Həbibullayev müavinini, şöbə müdirini və nümayəndəni işdən çıxardı

28.01.2026

“Hüquqşünas” həbs olundu: Yarım milyona yaxın dələduzluq edib - FOTO

28.01.2026

Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır

28.01.2026

"Meta" Al infrastrukturunu gücləndirir: "Corning" ilə 6 milyard dollarlıq anlaşma

28.01.2026

2025-ci ildə avtonəqliyyat sığortasından 78 milyon manat yığılıb

28.01.2026

E-ticarətdə 2026 vizyonu: Axtarış dövrü bitir, süni intellekt köməkçiləri seçir

28.01.2026
Özünü göstərən işçi olmaq, yoxsa başını aşağı salıb işləmək?

Özünü göstərən işçi olmaq, yoxsa başını aşağı salıb işləmək?

28.01.2026

Prokurorlara bu sahəyə də nəzarət səlahiyyəti verilir

28.01.2026

Trampın təzyiqinin səbəbi açıqlandı: Faiz xərcləri müdafiəni keçdi

28.01.2026

Sabah hava necə olacaq?

28.01.2026

Azərbaycandan kartof ixracı 38% artıb

28.01.2026

Şöbə müdiri: Hazırda aztəminatlı ailələrdən olan 180 minə yaxın uşağa ünvanlı sosial yardım ödənilir

28.01.2026

Anar Rzayev: "Bakıda 1 000-ə yaxın avtobusun dəyişdirilməsinə ehtiyac var"

28.01.2026

Rəhman Hümmətov: "Yol hərəkəti qaydalarını pozanlara qarşı cərimələr daha sərt olmalıdır"

28.01.2026

Maddi vəziyyətinizi necə yaxşılaşdıra bilərsiniz? - Ekspertlərdən tövsiyələr

28.01.2026

Bankların xalis xarici aktivləri 782 milyon manat azalıb

28.01.2026

Mehdiabaddan "28 May"a tramvay xətti çəkiləcək

28.01.2026

Azərbaycanda uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişdirilir

28.01.2026
Vətəndaşlar əmanətlərini ən çox bu banklarda yerləşdiriblər

Vətəndaşlar əmanətlərini ən çox bu banklarda yerləşdiriblər - CƏDVƏL

28.01.2026

Məzənnə

Yüklənir...