Kodi Sançes: Əgər bu 4 vərdişi davam etdirsəniz, “çoxlu pul qazanacaqsınız”

Redaktor

06.02.2026 13:20
532

Kodi Sançes: Əgər bu 4 vərdişi davam etdirsəniz, “çoxlu pul qazanacaqsınız”

Jurnalistlikdan özəl sərmayə sektorunda uğurlu karyeraya keçən Kodie Sançes adi maliyyə ekspertlərindən deyil. O, milyonlarla dollar dəyərində portfelini trendləri izləməklə yox, əksinə, əksəriyyətin diqqət yetirmədiyi, cazibəsiz hesab olunan biznesləri satın alaraq qurub. Paltarxanalar, avtoyuma məntəqələri, satış avtomatları — onun “darıxdırıcı bizneslər” adlandırdığı bu sahələr Sançesin real sərvət və maliyyə azadlığına gedən yolu olub.

Kodie Sançesə görə, əgər bu dörd vərdişi həyatınıza daxil etsəniz, gerçək sərvət qurmaq üçün güclü zəminə sahib olacaqsınız:

Tez hərəkət edin və daha böyük problemləri həll edin

Sançesin əsas vurğularından biri budur: sürət və miqyas önəmlidir. Əgər qərar qəbul etməkdə — istər böyük, istərsə də kiçik — ləng davranırsınızsa, bu sizə maliyyə baxımından baha başa gələ bilər.

“Bank hesabınızdakı məbləğ sizin nə qədər böyük problemləri həll etdiyinizi və nə qədər tez hərəkət etdiyinizi əks etdirir,” – deyə o, Corc Kamelin “Qəhvə içən milyonçular” adlı verilişində bildirib.

O, sifariş verməkdə tərəddüd edən bir şəxsin qəhvə növbəsini ləngitməsini misal çəkib. Bu təkcə narahatlıq deyil, həm də qərarsızlıq və diqqətsizliyin göstəricisidir. Sançesin fikrincə, varlı insanlar sürətlə hərəkət edir, qərarlı davranır və daha böyük problemlərə fokuslanırlar. Mentorlarının ona tez-tez dediyi bir ifadəni qeyd edir: “Çox xırda düşünürsən". Daha böyük problemləri həll etməyə başlayın və kiçik qərarlarla bağlı özünüzü yormaqdan vaz keçin.

Sərvət gətirən darıxdırıcı bizneslərə sahib olun

Bu, Kodie Sançesin maliyyə strategiyasının təməlini təşkil edir. O, parlaq startapların və ya növbəti “böyük tətbiq”in arxasınca qaçmamağı tövsiyə edir. Onun sərvəti “darıxdırıcı” adlandırdığı biznesləri — paltarxanalar, satış avtomatları, avtoyuma məntəqələri və digər gündəlik fəaliyyətləri — alaraq formalaşıb.

“Main Street milyonçusu” adlı kitabında bu bizneslərin necə pul axını maşınına çevrilə biləcəyini izah edir. O, hətta “SOWS” qısaltmasını yaradıb: köhnə, zəif, sadə və diqqətdən kənar bizneslər. Bu bizneslər xəbər başlıqlarında yer almasa da, xüsusilə təqaüdə çıxan sahibkarlardan alınıb, effektiv idarəetmə sistemləri ilə təkmilləşdirildikdə böyük gəlir potensialına sahib ola bilər. Sərvət qurmaq üçün hər kəsin arzuladığı layihələrin dalınca qaçmağa ehtiyac yoxdur. Bəzən heç kimin istəmədiyi sadə biznesə sahib olmaq ən ağıllı addım ola bilər.

9-dan 5-ə qədər işinizi startap kapitalına çevirin

Sançes mövcud işindən imtina edib qeyri-müəyyən xəyalların dalınca qaçmayıb, əvəzində planlı şəkildə addım atıb. Az gəlirli jurnalistlikdan maliyyə sahəsinə keçərək daha yüksək qazanc imkanları əldə edib və bu gəliri şəxsi layihələrinə yatırıb.

“O biri insanlar üçün işlədiyim dövrdə ilk milyonlarımı qazandım,” – deyə o, Kamelə bildirib. “Əlimdən gəldiyi qədər maaşlı işləməyə davam etdim və boş vaxtlarımda biznesimi qurdum.”

Sançesin yanaşması riskdən qaçmaq yox, qazanılmış gəliri gücləndirmək üzərində qurulub. O, maaşını istifadə edərək kapital yığıb, biznes ideyalarını sınaqdan keçirib və yeni gəlir mənbələri yaradıb — bütün bunlar başqa birinin işçisi olaraq baş verib. Bu strategiya xüsusilə yaxşı maaşlı işlər üçün uyğundur, amma əsas ideya hər kəsə aiddir: stabil gəliri yalnız dolanışıq üçün yox, imkan yaratmaq üçün istifadə edin. Yaxşı maaşlı iş təşəbbüskarlığa əngəl deyil. Bu, sizin ilk sərmayəçinizdir. Ondan kapital, bacarıq və təcrübə qazanmaq üçün istifadə edin.

Qazancdan çox məqsədə fokuslanın

Sançesin fikrincə, pul özü-özlüyündə məqsəd deyil — məqsəd azadlıq və təsirdir.

“Əsas məqsəd təkcə pul deyil,” – deyə o, bildirib. “Məqsəd – azadlıqdır, pul isə azadlığı təmin edir və bu da sizə təsir imkanınızı seçmək fürsəti verir.”

“Mark Manson şousu”nda isə bu fikrini belə genişləndirib: “Pul ən böyük bərabərləşdiricidir. Əgər siz dünyada real fərq yaratmaq istəyirsinizsə, resurslarınız olmadan bunu etmək çox çətin olacaq.” Sançes qazancı prioritetləşdirməyə qarşı deyil, sadəcə xəbərdarlıq edir ki, məqsədsiz qazanc dalınca qaçmaq tükənmişlik və narazılıqla nəticələnə bilər. Əsl uğur mənalı problemləri həll etmək və başqılarına xidmət etməkdən gəlir. Pul bir vasitədir. Ondan azadlıq və məqsəd yaratmaq üçün istifadə edin, sadəcə status qazanmaq üçün yox.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

Məzənnə

Yüklənir...