Redaktor
KOBİA sədri: "Əməkdaşları yalnız əməkhaqqı ilə motivasiya etmək mümkün deyil"
Azərbaycanda yeni nəsil əməkdaşların gözləntiləri dəyişib və onları yalnız əməkhaqqı ilə motivasiya etmək artıq mümkün deyil.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Beynəlxalq CEO sammitində (Global CEO Summit 2026) deyib.
Onun sözlərinə görə, müasir dövrdə gənc əməkdaşlar ilk növbədə mənalı iş görmək, inkişaf etmək və öyrənmək imkanları əldə etmək istəyirlər: "Onlar gördükləri işin real təsirini hiss etmək, şirkətə verdikləri töhfənin dəyərli olduğunu bilmək istəyirlər. Yeni nəsil üçün şirkətlərin dəyərləri və missiyası da mühüm əhəmiyyət daşıyır. Əgər şirkətin məqsədləri və prinsipləri onların şəxsi baxışları ilə uyğun gəlmirsə, onlar alternativ imkanlara üz tuturlar".
O. Məmmədov vurğulayıb ki, bu dəyişikliklər liderlik yanaşmasında da yenilənməni zəruri edir: "Rəhbərlər əməkdaşlara yalnız maddi stimullar deyil, eyni zamanda inkişaf, etimad və aydın perspektiv təqdim etməlidirlər. Əməkdaşlar özlərini hörmətli və dəyərli hiss etdikdə daha yüksək nəticələr göstərirlər".
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSabah bütün sosial müavinətlər ödəniləcək
25.02.2026Sığorta şirkətlərinin ödənişləri üzrə RENKİNQİ
25.02.2026100 milyard dollarlıq müqavilə: "Meta" AMD-yə ortaq olur
25.02.2026Anar Kərimova ABB-də daha bir vəzifə verildi
25.02.2026Sabah hava yağmursuz olacaq
25.02.2026İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
25.02.2026Maliyyə bazarını silkələyə biləcək iddia: "Stripe" "PayPal"ı ala bilər
25.02.202620 yaşlı Rəcəbov startap quraraq yarım milyon dollar investisiya aldı
25.02.2026Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edildi
25.02.2026Bayram qabağı çərəzlər bahalaşdı
25.02.2026Hansı banka pul yatırmaq sərfəlidir - “PAŞA Bank”, yoxsa "Bank Respublika"?
25.02.2026KOBİA sədri: "Əməkdaşları yalnız əməkhaqqı ilə motivasiya etmək mümkün deyil"
25.02.2026
Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ
25.02.2026AzInTelecom-da yüksək vəzifəyə TƏYİNAT
25.02.2026AFB Bank-dan “Bahar Fürsəti” – 0% komissiya və faizlərə 2% endirim! ®
25.02.2026Qızılın qiyməti yenidən 5,2 min dolları keçib
25.02.2026Azərbaycan nefti ucuzlaşdı
25.02.2026
Banklar niyə kriptovalyuta ilə bağlı köçürmələrdə kartları bloklayır?
25.02.2026Rubl və avro bahalaşır
25.02.2026