Hansı banka pul yatırmaq sərfəlidir - “PAŞA Bank”, yoxsa "Bank Respublika"?

Redaktor

25.02.2026 11:24
1,217

Hansı banka pul yatırmaq sərfəlidir - “PAŞA Bank”, yoxsa "Bank Respublika"?

Azərbaycan bank sektorunda müddətli əmanət məhsulları vəsaitlərin qorunması və sabit gəlir əldə edilməsi baxımından əsas maliyyə alətlərindən biri olaraq qalır. "Bank Respublika" və “PAŞA Bank” tərəfindən təqdim edilən müddətli əmanət məhsulları faiz dərəcələri, müddət imkanları və sığorta şərtləri baxımından müştərilərə müxtəlif seçimlər təklif edir. Hər iki bankın depozit şərtləri qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən sığortalanır.

Valyuta.az “PAŞA Bank” Bank Respublika tərəfindən təqdim olunan müddətli əmanət məhsullarını müqayisəli şəkildə təqdim edir.

"Paşa Bank"ın müddətli depozit məhsulu müştərilərə vəsaitlərini müəyyən müddətə yerləşdirərək faiz gəliri əldə etmək imkanı təqdim edir. Depozit üzrə minimal yerləşdirmə məbləği 5 000 manat təşkil edir. Əmanəti həm Azərbaycan manatı (AZN), həm də ABŞ dolları (USD) ilə açmaq mümkündür. İllik faiz dərəcəsi 10 faizə qədər nəzərdə tutulur. Müddət başa çatdıqdan sonra depozit avtomatik olaraq uzadılır.

AZN USD
Müddət Aylıq Müddətin sonunda Müddət Aylıq Müddətin sonunda
3 ay 7.50% 7.50% 3 ay 2.75% 2.75%
6 ay 8.25% 8.50% 6 ay 2.75% 2.75%
9 ay 8.50% 8.75% 9 ay 2.75% 2.75%
12 ay 8.75% 9.00% 12 ay 2.75% 2.75%
18 ay 9.00% 9.25% 18 ay 2.75% 2.85%
24 ay 9.25% 9.50% 24 ay 2.85% 2.95%
36 ay 8.75% 10.00% 36 ay 2.90% 3.00%
25.02.2026

"Bank Respublika"nın müddətli əmanət məhsulu müştərilərə vəsaitlərini banka yerləşdirərək stabil və etibarlı gəlir əldə etmək imkanı təqdim edir. Əmanət həm müştərinin öz adına, həm uşağın adına, həm də üçüncü şəxsin adına açıla bilər və bu hal faiz dərəcəsinə təsir göstərmir.

Əmanətin maksimal müddəti AZN və USD valyutaları üzrə 36 ay təşkil edir. Azərbaycan manatı ilə yerləşdirilən vəsait üzrə maksimal illik qazanc 10,5 faiz, ABŞ dolları ilə yerləşdirilən vəsait üzrə isə maksimal illik qazanc 3,5 faizdir.

Qeyd (AZN valyutalı): Bankın mövcud müddətli əmanəti olan müştərilərinin əmanətlərinin vaxtı avtomatik uzadıldıqda 0.25% əlavə edilməklə uzadılacaqdır.

AZN USD
Müddət Aylıq Müddətin sonunda Müddət Aylıq Müddətin sonunda
6 ay - 11 ay 5.5% 6.5% 6 ay - 11 ay 3.0% 3.0%
12 ay - 17 ay 9% 9.5% 12 ay - 17 ay 3.5% 3.5%
18 ay - 23 ay 9.25% 10% 18 ay - 23 ay 3.5% 3.5%
24 ay - 36 ay 9.5% 10.5% 24 ay - 36 ay 3.0% 3.25%
36 ay 9.5% 10.5% 36 ay 3.0% 3.5%
25.02.2026

Həm "Bank Respublika", həm də “PAŞA Bank” “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və banklarda yerləşdirilən qorunan əmanətlər fond tərəfindən sığortalanır.

Qorunan əmanətlər üzrə maksimal illik faiz dərəcəsi:

AZN ilə yerləşdirilən depozitlər üzrə - 12%

USD ilə yerləşdirilən depozitlər üzrə - 2,5%

Hər iki bankda qorunan əmanətlər üzrə maksimal kompensasiya məbləği 100 000 manat təşkil edir. Sığorta hadisəsi baş verdikdə fond tərəfindən əmanətçiyə kompensasiya ödənilir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Peşə riskləri üzrə icbari sığorta ödənişlərində 660 min manatlıq azalma

04.06.2026

"Lovable" "Google Cloud" ilə çoxillik müqavilə imzalayıb

04.06.2026

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq

04.06.2026

Xaçmaz və Beyləqanda elektrik şəbəkələri 5,5 milyona yenilənəcək

04.06.2026

Eldar Rəsulova “AzərGold”da vəzifə verildi

04.06.2026

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi ®

04.06.2026

Kəndli əvvəlkindən qat-qat çox icarə haqqı ödəyir

04.06.2026

Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır -Ali Məhkəmə açıqladı

04.06.2026

PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür - İkram Səfərəliyev ilə müsahibə®

04.06.2026

Sığortaçıları ziyana salan növ - ödənişlər yığımları 2,8 dəfə üstələdi

04.06.2026

Buğda istehsalına mane olan nədir? - Nazirlik açıqladı

04.06.2026

Ət istehsalı artırılacaq - qiymətlər azalacaq?

04.06.2026

Mərkəzi Bankda "Manato" üzrə daxil olan şikayətlər araşdırılır

04.06.2026

Tramvay xətləri dövlət mülkiyyətində olacaq

04.06.2026

Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk

04.06.2026

Mopedlərlə bağlı yeni QAYDA

04.06.2026

"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər

04.06.2026

Hesablama Palatasına yeni səlahiyyət verilir

04.06.2026

275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək

04.06.2026

“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib

04.06.2026

Məzənnə

Yüklənir...