Redaktor
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.
Valyuta.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.
Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.
2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.
Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır.
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığa özəl sektorla birgə kadr hazırlığı, mütəxəssislərin tədrisə cəlb olunması, istehsalat təlimləri, ustad dərsləri, həmçinin sosial və innovativ layihələrin icrası daxildir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSabah bütün sosial müavinətlər ödəniləcək
25.02.2026Sığorta şirkətlərinin ödənişləri üzrə RENKİNQİ
25.02.2026100 milyard dollarlıq müqavilə: "Meta" AMD-yə ortaq olur
25.02.2026Anar Kərimova ABB-də daha bir vəzifə verildi
25.02.2026Sabah hava yağmursuz olacaq
25.02.2026İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
25.02.2026Maliyyə bazarını silkələyə biləcək iddia: "Stripe" "PayPal"ı ala bilər
25.02.202620 yaşlı Rəcəbov startap quraraq yarım milyon dollar investisiya aldı
25.02.2026Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edildi
25.02.2026Bayram qabağı çərəzlər bahalaşdı
25.02.2026Hansı banka pul yatırmaq sərfəlidir - “PAŞA Bank”, yoxsa "Bank Respublika"?
25.02.2026KOBİA sədri: "Əməkdaşları yalnız əməkhaqqı ilə motivasiya etmək mümkün deyil"
25.02.2026
Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ
25.02.2026AzInTelecom-da yüksək vəzifəyə TƏYİNAT
25.02.2026AFB Bank-dan “Bahar Fürsəti” – 0% komissiya və faizlərə 2% endirim! ®
25.02.2026Qızılın qiyməti yenidən 5,2 min dolları keçib
25.02.2026Azərbaycan nefti ucuzlaşdı
25.02.2026
Banklar niyə kriptovalyuta ilə bağlı köçürmələrdə kartları bloklayır?
25.02.2026Rubl və avro bahalaşır
25.02.2026