Redaktor
20 yaşlı Rəcəbov startap quraraq yarım milyon dollar investisiya aldı
Özbəkistanlı Bəhodir Rəcəbov 20 yaşında San-Fransiskoda “Surgent” adlı startap quraraq Pre-Seed mərhələsində 500 000 dollar investisiya cəlb edib.
Valyuta.az xəbər verir ki, layihənin əsas ideyası sadədir: proqramlaşdırma bacarığı olmayan insanlara öz proqram təminatlarını yaratmaq və ondan gəlir əldə etmək imkanı vermək.
“Tətbiq qur” yox, “ondan pul qazan”
Rəcəbovun sözlərinə görə, bazarda bir çox platforma tətbiq yaratmağa fokuslanır. “Lovable” və “Replit” kimi həllər istifadəçiyə məhsul qurmağa kömək edir. “Surgent” isə fərqli yanaşma seçib: əsas diqqət tətbiqin qurulmasına deyil, onun monetizasiyasına yönəlib.
“Bizim əsas diqqətimiz ‘ondan pul qazan’ prinsipidir”, - deyə o bildirir.
Platformada istifadəçi sadəcə ideyanı təsvir edir. Məhsulun yaradılması, ödənişlərin qəbulu, vergilər, hostinq və hüquqi infrastruktur sistem tərəfindən idarə olunur. İstifadəçi isə auditoriya və satışa fokuslanır.
Problemdən yaranan startap
Rəcəbov proqramlaşdırmaya 14 yaşında başlayıb. İlk layihəsi “Telegram” botu olub. Daha sonra “TikTok” və “Instagram” üçün hazırladığı botlar yüz minlərlə istifadəçi toplayıb.
Bu layihələr ona miqyaslanma, skreypinq və qeyri-sabit API-lərlə işləməyin risklərini öyrədib. Daha sonra süni intellekt əsaslı hüquqşünas və real vaxt rejimində çoxdilli tərcümə platforması olan “GetIntercall” üzərində çalışıb.
Onun qənaətinə görə, tətbiqi qurmaq ən asan mərhələdir. Ən çətin hissə isə monetizasiya, ödəniş sistemləri, vergilər və hüquqi çərçivə ilə bağlıdır. “Surgent” məhz bu problemin həlli kimi formalaşıb.
“IBM”dən Silikon Vadisinə
Rəcəbov 16 yaşında ilk proqramçı işini əldə edib, 17 yaşında isə uzaqdan işləyərək ayda təxminən 2000 dollar qazanıb. Daha sonra Polşaya köçüb və qısa müddət sonra “IBM”dən iş təklifi alaraq universiteti tərk edib.
“IBM”də "GenAI" komandasında çalışsa da, korporativ mühitin yavaş prosesləri onu öz biznesini qurmağa sövq edib. 20 yaşında San-Fransiskoya köçərək “Surgent”i solo-founder kimi işə salıb. Hazırda komandada üç nəfər var və kodun böyük hissəsi süni intellekt agentləri tərəfindən yazılır.
Acqui-hire təklifi və 500 min dollar investisiya
Startap 500 000 dollar investisiya cəlb edib. Raund SAFE formatında rəsmiləşdirilib. ABŞ-ın rəqəmsal məhsulların monetizasiyası platforması olan “Whop” əvvəlcə şirkətə acqui-hire təklifi edib. Təklifə görə, Rəcəbov komandaya qoşulmalı və məhsul şirkət daxilində inkişaf etdirilməli idi. O, layihəni müstəqil şəkildə qurmaq istədiyi üçün bu təklifi rədd edib.
Daha sonra “Whop” tərəfindən 500 000 dollarlıq investisiya yatırılıb. Təsisçinin sözlərinə görə, bu mərhələdə investisiya təkcə məhsula deyil, həm də təsisçiyə olan etimadın göstəricisidir.
“Biznesi qeyri-sabit platforma üzərində qurmaq risklidir”
Rəcəbov əvvəlki layihələrdən çıxardığı dərsləri də bölüşür. Onun sözlərinə görə, skreypinqə əsaslanan və xarici platformalardan asılı məhsullar uzunmüddətli perspektivdə risklidir.
Digər vacib məqam isə sağlamlıqdır. Uzun illər gündə 14-15 saat işləmək fiziki və psixoloji tükənmişliyə səbəb olub. O hesab edir ki, davamlılıq uğurun əsas şərtidir.
Ambisiyalı planlar
Yaxın aylarda komanda istifadəçi artımına, öz ödəniş infrastrukturunun qurulmasına və “Whop” ilə dərin inteqrasiyaya fokuslanmağı planlaşdırır.
İki il ərzində 100 000 istifadəçinin “Surgent” vasitəsilə ayda minimum 1000 dollar qazanmasına şərait yaratmaq hədəflənir.
Rəcəbovun uzunmüddətli məqsədi isə daha genişdir: proqram təminatı qurmağı və internetdə gəlir əldə etməyi hər kəs üçün əlçatan etmək, eyni zamanda Özbəkistandan olan təsisçilərin qlobal səviyyədə uğur qazana biləcəyini göstərmək.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSabah bütün sosial müavinətlər ödəniləcək
25.02.2026Sığorta şirkətlərinin ödənişləri üzrə RENKİNQİ
25.02.2026100 milyard dollarlıq müqavilə: "Meta" AMD-yə ortaq olur
25.02.2026Anar Kərimova ABB-də daha bir vəzifə verildi
25.02.2026Sabah hava yağmursuz olacaq
25.02.2026İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
25.02.2026Maliyyə bazarını silkələyə biləcək iddia: "Stripe" "PayPal"ı ala bilər
25.02.202620 yaşlı Rəcəbov startap quraraq yarım milyon dollar investisiya aldı
25.02.2026Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edildi
25.02.2026Bayram qabağı çərəzlər bahalaşdı
25.02.2026Hansı banka pul yatırmaq sərfəlidir - “PAŞA Bank”, yoxsa "Bank Respublika"?
25.02.2026KOBİA sədri: "Əməkdaşları yalnız əməkhaqqı ilə motivasiya etmək mümkün deyil"
25.02.2026
Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ
25.02.2026AzInTelecom-da yüksək vəzifəyə TƏYİNAT
25.02.2026AFB Bank-dan “Bahar Fürsəti” – 0% komissiya və faizlərə 2% endirim! ®
25.02.2026Qızılın qiyməti yenidən 5,2 min dolları keçib
25.02.2026Azərbaycan nefti ucuzlaşdı
25.02.2026
Banklar niyə kriptovalyuta ilə bağlı köçürmələrdə kartları bloklayır?
25.02.2026Rubl və avro bahalaşır
25.02.2026