Maliyyə bazarını silkələyə biləcək iddia: "Stripe" "PayPal"ı ala bilər

Redaktor

25.02.2026 12:30
37

Maliyyə bazarını silkələyə biləcək iddia: "Stripe" "PayPal"ı ala bilər

Onlayn ödəniş sektorunda böyük satınalma ehtimalı gündəmə gəlib.

Valyuta.az xəbər verir ki, "Stripe" rəqibi "PayPal"ı almağı nəzərdən keçirir.

Bloomberg-in məlumatına görə, hələ rəsmi təklif yoxdur, lakin tərəflər arasında ilkin danışıqlar başlayıb. 160 milyard dollar dəyərində qiymətləndirilən "Stripe"ın "PayPal"ın ya tamamını, ya da bir hissəsini almağı düşündüyü bildirilir.

Qeyd edək ki, "PayPal" səhmləri son bir ildə təxminən 40% ucuzlaşıb.

Hər iki şirkət son illərdə kripto sahəsində də aktivdir. "PayPal" kripto əməliyyatlarına icazə verib və PYUSD sabitkoinini buraxıb, Stripe isə ötən il 1 milyard dollara sabitkoin infrastrukturu şirkəti "Bridge"i satın alıb.

Mümkün razılaşma baş tutarsa, bu, maliyyə sektorunun ən böyük birləşmələrindən biri ola bilər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...