100 milyard dollarlıq müqavilə: "Meta" AMD-yə ortaq olur

Redaktor

25.02.2026 13:15
32

100 milyard dollarlıq müqavilə: "Meta" AMD-yə ortaq olur

Texnologiya dünyasının iki nəhəngi süni intellekt infrastrukturunu gücləndirmək məqsədilə milyardlarla dollarlıq razılaşmaya imza atıb. 

Valyuta.az xəbər verir ii, “Meta” məlumat mərkəzlərində istifadə olunmaq üçün AMD-nin yüksək performanslı “Instinct” qrafik prosessorlarını (GPU) tətbiq edəcəyini açıqlayıb.

“Meta” süni intellekt yarışında geri qalmamaq üçün “AMD” ilə 100 milyard dollarlıq nəhəng əməkdaşlığa başlayır. Bu razılaşma çərçivəsində şirkət yalnız çip almayacaq, eyni zamanda “AMD”nin təxminən 10 faiz səhminə sahib olmaq istiqamətində mühüm üstünlük əldə edəcək.

“Nvidia”nın bazar lideri olan çiplərinə birbaşa rəqib kimi mövqeləndirilən bu avadanlıqlar qarşıdakı illərdə “Meta”nın rəqəmsal ekosisteminin əsasını təşkil edəcək. Analitiklər əməkdaşlığın ümumi dəyərinin 100 milyard dolları keçə biləcəyini bildirirlər.

Razılaşmanın ən diqqətçəkən və indiyədək geniş ictimaiyyətə açıqlanmayan detalı mülkiyyət strukturu ilə bağlıdır. AMD “Meta”ya müəyyən edilmiş qiymətlə 160 milyon ədədə qədər səhm almaq hüququ verən hüquqi opsion təqdim edib. Bu isə gələcəkdə “Meta”nın AMD-nin təxminən 10 faizinə sahib ola biləcəyi anlamına gəlir.

Lakin bu hüquq AMD-nin öhdəlik götürdüyü avadanlıq gücünü vaxtında və tam şəkildə təhvil verməsi şərti ilə bağlıdır. İlk səhm paketi AMD-nin 1 giqavatlıq gücü təmin etməsi ilə sərbəst buraxılacaq. Ümumilikdə 6 giqavata qədər çatdırılması planlaşdırılan bu güc yüz minlərlə yüksək səviyyəli prosessorun onlarla məlumat mərkəzinə yerləşdirilməsi deməkdir.

“Meta”nın bu addımı təkcə avadanlıq alışını deyil, həm də “Nvidia”dan asılılığı azaltmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Şirkət ötən həftə “Nvidia” ilə də oxşar razılaşma imzalamışdı.

AMD-nin 2026-cı ilin ikinci yarısından etibarən tədarüklərə başlaması gözlənilir. Bu prosesdən əldə olunacaq gəlirin 90–120 milyard dollar arasında dəyişəcəyi proqnozlaşdırılır. Daha əvvəl “OpenAI” ilə də bənzər sazişin imzalanması texnologiya sektorunda iri oyunçular arasında formalaşan qapalı iqtisadi dövriyyənin getdikcə genişləndiyini göstərir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Onlayn satış edən saxta səhifələri necə tanımaq olar?

Onlayn satış edən saxta səhifələri necə tanımaq olar?

25.02.2026

Məhsul satışından ən yüksək gəlir əldə edən rayonlar - CƏDVƏL

25.02.2026

Çingiz Səfərli baş direktor təyin edildi - FOTO

25.02.2026

Şokolad idxalı azalıb, xərclər isə artıb

25.02.2026

"Landmark"ın keçmiş sahibi 10 aydır işçilərin maaşını ödəmir

25.02.2026

Sabah bütün sosial müavinətlər ödəniləcək

25.02.2026

Sığorta şirkətlərinin ödənişləri üzrə RENKİNQİ

25.02.2026

100 milyard dollarlıq müqavilə: "Meta" AMD-yə ortaq olur

25.02.2026

Anar Kərimova ABB-də daha bir vəzifə verildi

25.02.2026

Sabah hava yağmursuz olacaq

25.02.2026

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

25.02.2026

Maliyyə bazarını silkələyə biləcək iddia: "Stripe" "PayPal"ı ala bilər

25.02.2026

20 yaşlı Rəcəbov startap quraraq yarım milyon dollar investisiya aldı

25.02.2026

Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edildi

25.02.2026

Bayram qabağı çərəzlər bahalaşdı

25.02.2026

Hansı banka pul yatırmaq sərfəlidir - “PAŞA Bank”, yoxsa "Bank Respublika"?

25.02.2026

KOBİA sədri: "Əməkdaşları yalnız əməkhaqqı ilə motivasiya etmək mümkün deyil"

25.02.2026
Sığorta yığımlarının həcmi üzrə şirkətlərin

Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ

25.02.2026

AzInTelecom-da yüksək vəzifəyə TƏYİNAT

25.02.2026

AFB Bank-dan “Bahar Fürsəti” – 0% komissiya və faizlərə 2% endirim! ®

25.02.2026

Məzənnə

Yüklənir...