Redaktor
Çingiz Səfərli baş direktor təyin edildi - FOTO
“Bir” ekosistemdə təyinat olub.
Valyuta.az-ın məlumatına görə, Çingiz Səfərli “Bir” ekosistemdə Baş İnformasiya Təhlükəsizliyi Rəhbəri vəzifəsinə təyin edilib.
O, bu vəzifəsinə qədər 2023-cü ildən "Kapital Bank"da İnformasiya Təhlükəsizliyi Departamentinin Direktoru, 2019-2020-ci illərdə "Azərbaycan Sənaye Bankı"nda Kibertəhlükəsizlik arxitektoru, 2017-2019-cu illərdə "Aztelekom"da İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis, 2015-ci ildə isə "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti"ndə Proqram təminatı üzrə mühəndis vəzifəsində çalışıb.
O, 2012-2016-cı illərdə "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası"nda kompüter elmləri üzrə bakalavr, 2016-2018-ci illərdə isə "Bahçeşehir Universiteti"ndə Biznesin idarə edilməsi üzrə magistr (MBA) təhsili alıb.
Qeyd edək ki, “Bir” ekosistem PAŞA Holding tərəfindən yaradılıb. Bu sistem maliyyə, ödəniş, e-ticarət və nəqliyyat kimi sahələri bir araya gətirərək istifadəçilərə vahid giriş və ümumi xidmət infrastrukturu təqdim edir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident və ailə üzvləri Xocavənd sakinləri ilə görüşdü
25.02.2026İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub
25.02.2026Azərbaycanda bu hospitalın 1 milyona yaxın borcu var
25.02.2026