Redaktor
"Landmark"ın keçmiş sahibi 10 aydır işçilərin maaşını ödəmir
"10 aydır ki, əmək haqqımızı ala bilmirik. Bütün müraciətlərimiz isə cavabsız qalır”.
Valyuta.az xəbər verir ki, bu barədə "Libra” şirkətinin bir qrup əməkdaşının Bizim.Media-ya ünvanladığı şikayətdə bildirilib.
"2025-ci il aprel ayının 28-də "Libra" şirkətinin hesablarına blok qoyuldu. Bu şirkət Nizami küçəsi 90A ünvanında yerləşən "Landmark” binasının sahibi idi. Şirkətin "Aqrarkredit” bank olmayan kredit təşkilatına borcu var idi. Həmin borcları ödəmədikləri üçün bina başqa şirkətin nəzdinə keçdi. Beləcə, "Libra" şirkəti də bağlandı, hesablarına blok qoyuldu. Nəticədə 50-ə yaxın işçinin əvvəlki aylardan qalan əmək haqları ödənilmədi.
"Aqrarkredit”lə girdikləri bütün məhkəmləri uduzduqları üçün artıq 10 aydır ödənişləri edə bilmirlər. Qeyd edək ki, bu şirkətin rəhbəri Eran Müdüroğludur.
O, "Libra”dan əlavə "Neptun” şirkətinin də sahibidir. Hazırdan bütün əməliyyatlar digər şirkət üzərindən edildiyi üçün əmək haqqı heç kimin yadına düşmür”, deyə şikayətçilər qeyd edib.
Məsələ ilə bağlı "Libra” şirkəti ilə əlaqə saxlanılıb. Şirkətdən verilən açıqlamada sözügedən problemin olduğu etiraf edilib:
"Hazırda danışıqlar gedir. Çalışırıq ki, yaxın zamanda problem həll edilsin”.
Qeyd edək ki, "Müdüroğlu” ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisi Nərgiz Nəsrullayeva olub. O, 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır.
Nərgiz Eran Müdüroğlunun həyat yoldaşıdır. O, Dövlət Neft Fondu icra direktorunun müşaviri vəzifəsində çalışıb. Bir neçə ilə əvvəl N.Nəsrullayeva həyat yoldaşı ilə birlikdə Avropaya köçüb.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident və ailə üzvləri Xocavənd sakinləri ilə görüşdü
25.02.2026İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub
25.02.2026Azərbaycanda bu hospitalın 1 milyona yaxın borcu var
25.02.2026