Redaktor
İstifadə edilməyən məzuniyyətə görə kompensasiya veriləcək
Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək.
Valyuta.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib.
"Qərarla Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək. 115-ci maddə ilə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri, 117-ci maddə ilə uşaqlı qadınların əlavə məzuniyyətləri, 118-ci maddə ilə isə pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyənləşir.
Belə ki, işçi fərqli səbəblərdən əlavə və ya əsas məzuniyyətdən tam istifadə etməyibsə o zaman o işdən çıxan zaman ona həmin günlərə görə kompensasiya ödəniləcək. Bu zaman, həm yeraltı işlərdə çalışanların, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətləri olan şəxslərin, həm də uşaqlı qadınların istifadə edilməyən əlavə məzuniyyətlərinə görə ödənişin verilməsi nəzərdə tutulur.
Əgər işçinin çalışdığı müddətdə istifadə etmədiyi 50 gün əlavə və 40 gün əsas məzuniyyət günləri varsa o işdən çıxan zaman ona əlavə olaraq 90 günün məzuniyyət kompensasiyası ödəniləcək. Əgər, gündəlik məzuniyyət haqqı 50 manatdırsa o zaman, həmin işçiyə 4500 manat əlavə kompensasiya ödənişinin verilməsi təmin ediləcək.
Bu qərar işçilərin sosial hüquqlarının daha yaxından qorunması və kompensasiya ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılmasına xidmət edəcək" - o, paylaşımında bildirib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Apple" "iPhone 18 Pro" üçün qırmızı rəngi sınaqdan keçirir
23.02.2026İnternetdəki ruhlar: Süni intellekt agentləri dünyanı ələ keçirir?
23.02.2026İnsanı işini sevdirən səbəblər - Alimlərdən maraqlı tədqiqat
23.02.2026Mark Kyuban deyir ki, tənəzzül dövründə bu 7 addımı atmalısınız
23.02.2026Mebel idxalına çəkilən xərclər azalıb
23.02.2026ABŞ-nin Azərbaycandakı səfirliyinin məsul əməkdaşına hökm oxundu
23.02.2026Hər il daha da varlanan insanların 6 gündəlik vərdişi
23.02.2026İş müsahibələrinin kabusu: Maaş barədə suala necə cavab vermək lazımdır?
23.02.2026Avropa ölkəsi yeni qaz mərkəzi olmağı hədəfləyir
23.02.2026Dünya milyarderlərinə məxsus lüks yaxtalar - SİYAHI
23.02.2026Bakıda 1,3 milyon manata məktəb tikiləcək
23.02.2026"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
23.02.2026Qumar saytından 2 min pul uddu, 3 min manat cərimələndi
23.02.2026“Mərkəzi Neftçilər Xəstəxanası” şöbələrinin təmirinə 3 milyon ayırdı
23.02.2026Nazirin iki müavini vəzifəsindən azad edildi
23.02.2026Azərbaycanda ən çox tütün istehsal edilən şəhərlər - SİYAHI
23.02.2026Naxçıvanda yüksəkvəzifəli məmur işdən çıxarıldı
23.02.2026Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
23.02.2026