Redaktor
İşçinin maaşı hansı hallarda kəsilə bilər?
Əsasən özəl müəssisələrdə işin gedişindəki nöqsanlara, gecikməyə və digər səbəblərə görə işçilərin maaşlarından tutulma halları ilə tez-tez rastlaşırıq. Hətta bunu qaydaya çevirən və əvvəlcədən işçilərin diqqətinə çatdıran işəgötürənlər də az deyil. Tutulmaların məbləği isə müəssisədən-müəssisəyə, həmçinin maaşın məbləğindən və baş vermiş haldan asılı olaraq dəyişə bilir.
Bəs qanunla işçinin maaşından yuxarıda göstərilən səbəblərə görə tutulma ola bilər?
Qanunvericiliyə əsasən, işəgötürən işçinin əməkhaqqından aşağıdakı ödənişlər tuta bilər:
a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;
b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;
c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;
ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;
d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;
e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;
ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;
f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;
g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.
Bir sözlə, bu halların heç biri işçinin nöqsanı ilə bağlı əməkhaqqının birbaşa azadılmasını nəzərdə tutmur.
Əmək Məcəlləsinin 186-cı maddəsi əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növlərini müəyyən edir. Burada bildirilir ki, işçi əmək funksiyasını tam yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini tətbiq edə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəlləyə uyğun ləğv etmək.
Göründüyü kimi, qanunvericilikdə işçinin buraxdığı nöqsanlara görə əməkhaqqından tutulma öz əksini tapmasa da, onun barəsində intizam tənbehi olaraq cərimə müəyyən edilib.
Lakin sözügedən cərimə işçilərlə əmək müqaviləsi ilə yanaşı, kollektiv müqavilə (Kollektiv müqavilə işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən sənəddir) bağlandığı və bu sənəddə qeyd edildiyi halda nəzərdə tutula bilər. Əks təqdirdə isə işçinin əməkhaqqından sözgedən məqsədlə tutulma qanunsuzdur.
©qafqazinfo
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Biznesdə yüksək risk – yüksək gəlir” qaydası həmişə işləyirmi?
10.06.2026Zaur Hacılı: Regionda maliyyə təhlükəsizliyi investorların qərarlarına birbaşa təsir göstərir
10.06.2026Nazir: "Hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir"
10.06.2026Sabah 33 dərəcə isti olacaq
10.06.2026Azərbaycanın xarici dövlət borcu 36 milyon dollar azalıb
10.06.2026Əhalinin gəlirləri 37,7 milyard manat təşkil edib
10.06.2026Xarici valyutada ən çox qısamüddətli kredit qoyulan 5 region - CƏDVƏL
10.06.2026TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi ®
10.06.2026Əmək müqavilələrinin sayı açıqlandı
10.06.2026“Azərlotereya” qadın sağlamlığı mövzusunda maarifləndirici görüş təşkil edib
10.06.2026Mərkəzi Bank rəsmisi: "Ölkədaxili dələduzluq əməliyyatlarında məbləğ, ölkəxarici əməliyyatlarda isə say üstünlük təşkil edir"
10.06.2026"BYD" rəhbəri: Şirkət 5 il ərzində dünyanın ən böyük avtomobil istehsalçısına çevriləcək
10.06.2026Tamerlan Rüstəmov: "Ani ödənişlərdə fırıldaqçılıq risklərinin artması gözləniləndir"
10.06.2026Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq
10.06.2026