İşçilərinin rifahını, inkişafını düşünən şirkətlər daha yüksək biznes nəticələri əldə edirlər?

Redaktor

11.06.2026 09:00
291

İşçilərinin rifahını, inkişafını düşünən şirkətlər daha yüksək biznes nəticələri əldə edirlər?

Son illərdə xarici şirkətlərdə işçilərin motivasiyasını artırmaq üçün müxtəlif təşviq proqramlarının tətbiq olunduğunu tez-tez müşahidə edirik. Bir çox şirkətlər ilin ən yaxşı işçilərini ev, avtomobil, səyahət paketi, sağlamlıq xidmətləri və ya pul mükafatları ilə təltif edir. Bəzi hallarda isə işçilərin və ailələrinin rifahını artırmaq üçün xüsusi sosial paketlər təqdim olunur. Lakin Azərbaycanda bu cür təşviq və mükafatlandırma sistemlərinə geniş şəkildə rast gəlinmir. Belə təşviq proqramları işçilərin motivasiyasına, məhsuldarlığına necə təsir göstərir?

İnsan Resursları üzrə mütəxəssis Abid Səmədovun sözlərinə görə, bu yanaşmanın əsas səbəbi şirkətlərin insan kapitalını ən dəyərli resurs hesab etməsidir:

"Təşviq proqramları yalnız işçiləri sevindirmək məqsədi daşımır, eyni zamanda şirkətlərin strateji biznes hədəflərinə xidmət edir. Araşdırmalar göstərir ki, əməyinin qiymətləndirildiyini hiss edən əməkdaş daha motivasiyalı olur, daha yüksək nəticələr göstərir. Bu cür proqramlar istedadlı işçilərin şirkətdən ayrılmasının qarşısını alır, işçi dövriyyəsini azaldır və işəgötürən brendini gücləndirir. Eyni zamanda bu proqramlar kollektiv daxilində sağlam rəqabət mühiti formalaşdırır və əməkdaşları şəxsi və peşəkar inkişaf üçün daha çox səy göstərməyə həvəsləndirir”.

Bayram günlərinin yalnız bəzi işçilər üçün istirahət sayılması sosial  ədalət balansını pozur"

Onun sözlərinə görə, müasir əmək bazarında güclü mütəxəssislər uğrunda ciddi rəqabət mövcuddur: "Şirkətlər onları cəlb etmək üçün yalnız yüksək əməkhaqqı ilə kifayətlənə bilmirlər. Buna görə də müxtəlif sosial paketlər, inkişaf imkanları və motivasiya proqramları təqdim olunur.

A.Səmədov hesab edir ki, Azərbaycanda bu cür təşviq sistemlərinin geniş yayılmamasının bir neçə səbəbi var: “Bir çox təşkilatlarda insan resursları hələ də strateji tərəfdaş kimi deyil, daha çox inzibati funksiya kimi qəbul olunur. Digər tərəfdən, bəzi şirkətlər motivasiya anlayışını yalnız maaş və illik bonuslarla əlaqələndirirlər. Halbuki müasir HR yanaşmasına görə motivasiya daha geniş və kompleks anlayışdır”.

Ekspert qeyd edir ki, bəzi şirkətlər təşviq proqramlarını əlavə xərc kimi qiymətləndirir və onların uzunmüddətli faydalarını tam hesablaya bilmirlər: “Əslində isə işçinin işdən ayrılması, yeni əməkdaşın tapılması, işə qəbulu və adaptasiyası şirkət üçün daha böyük maliyyə və vaxt itkisinə səbəb olur”.

Mövzu ilə bağlı fikirlərini bölüşən “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultantı Anar Bayramov isə bildirib ki, təşviq proqramları işçilərin şirkətə bağlılığını artırmaq və güclü işəgötürən brendi formalaşdırmaq üçün vacib vasitələrdən biridir: "Müasir dövrdə şirkətlər yalnız məhsul və xidmətləri ilə deyil, həm də yaxşı işəgötürən olmaq uğrunda rəqabət aparırlar. Əgər şirkət əməkdaşları üçün cəlbedici iş mühiti yarada bilmirsə, yüksək peşəkarları cəlb etmək və saxlamaq çətinləşir. Xarici ölkələrdə bu yanaşmanın geniş yayılmasının əsas səbəbi əmək bazarında rəqabətin yüksək olmasıdır. Şirkətlər istedadlı mütəxəssisləri cəlb etmək üçün daha yaxşı iş şəraiti və əlavə üstünlüklər təqdim etməyə məcbur olurlar”.

İdarəçi vurğulayır ki, motivasiya yalnız maddi təşviqlərlə məhdudlaşmır: "İşçilərin şirkətə bağlılığında korporativ mədəniyyət, rəhbərliklə münasibətlər, komanda ruhu, rahat və dəstəkləyici iş mühiti də mühüm rol oynayır. Maddi təşviqlər motivasiyanın yalnız bir hissəsidir. Ona görə də şirkətlər artıq işəgötürən brendinə, iş şəraitinə və əməkdaşlara təqdim olunan üstünlüklərə daha çox diqqət ayırmağa başlayıblar. Çünki peşəkar kadrların cəlb olunması və saxlanılması getdikcə daha vacib məsələyə çevrilir”.

Rəhbər əməkdaşlarla səmimi olmağa çalışmalıdır? – Anar Bayramov yazır

A.Bayramov Azərbaycanda bu sistemlərin hələ tam formalaşmamasını əsasən iki amillə əlaqələndirir:

“Birincisi, əmək bazarında rəqabət hələ xarici ölkələrdəki qədər kəskin deyil. İkincisi, biznes ənənələrinin və sahibkarların insan kapitalına baxışının daha da inkişaf etməsinə ehtiyac var. İşçinin yaratdığı dəyər daha çox qiymətləndirildikcə, bu sahədə müsbət dəyişikliklər sürətlənəcək. Azərbaycanda da əmək bazarı inkişaf etdikcə və rəqabət artdıqca bu istiqamətdə dəyişikliklər sürətlənəcək".

Ekspertlərin fikrincə, gələcəyin uğurlu şirkətləri insan kapitalına investisiya qoyan şirkətlər olacaq: "İşçilərinin rifahını, inkişafını və motivasiyasını prioritet hesab edən təşkilatlar həm daha güclü korporativ mədəniyyət formalaşdıracaq, həm də uzunmüddətli perspektivdə daha yüksək biznes nəticələri əldə edəcəklər".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

BMU-nun məzun gününü təşkil edəcək şirkət məlum oldu

11.06.2026

Müddətli əmanətlərə ən yüksək faiz verən 5 iqtisadi region

11.06.2026

İstifadəçilər "Instagram"da nə görəcəklərinə özləri qərar verəcək

11.06.2026

Sakit okeanda 18 trilyonluq qiymətli metallar tapıldı: Onları çıxarmaq qadağandır

11.06.2026

Turizm Agentliyi eyni şirkətlə müqavilələrin sayını 6-ya yüksəldib

11.06.2026

"Volkswagen" Almaniyada 19 min iş yerini ixtisar edəcək

11.06.2026

Trampın "heç kimin bilmədiyi" neft sirri nədir?

11.06.2026

İqtisadi Şuranın iclası keçirildi - Qurumlara tapşırıqlar verildi

11.06.2026

7 mlrd. dollar qiymətləndirmə ilə 1,4 mlrd. dollar investisiya aldı

11.06.2026

Bakıda bəzi dayanacaqlar söküləcək - AYNA 420 min manat ayırdı

11.06.2026

"Taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir" - Nazir

11.06.2026

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1,8 mlrd. manat azalıb

11.06.2026

AAYDA sədrinə iki müavin təyin edildi - FOTO

11.06.2026

“Zərifə Şadlıq Sarayı" yenidən təşkil olunur

11.06.2026

Yarım milyard dollar gəlir azalmasına görə 1000 işçini ixtisar edəcəklər

11.06.2026

Anar Bayramova müavin təyin edildi - FOTO

11.06.2026

Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

11.06.2026

İşçilər uzaqdan işləmək üçün 10%-ə qədər maaş itirməyə hazırdır

11.06.2026

Bakıda məşhur şadlıq sarayının adı dəyişdi - FOTO

11.06.2026

Azərbaycanda həmin şəxslər işdən çıxarıla bilməz

11.06.2026

Məzənnə

Yüklənir...