Redaktor
İntriqalı işçi peşəkardırsa, işə götürək? - Ekspert
Müasir iş mühitində kollektivin dinamikası və daxili münasibətlər uğurun əsas amillərindən biri hesab olunur. Bəzən iş prosesində yaranan gərginliklər, anlaşılmazlıqlar və fikir ayrılıqları müəyyən davranış modellərini gündəmə gətirir. Bu davranışlar hər zaman açıq şəkildə görünməsə də, zamanla komanda işinin pozulmasına səbəb ola bilir. Xüsusilə də bəzi intriqalı əməkdaşların fərdi yanaşmaları və ünsiyyət tərzi bu prosesdə diqqət mərkəzinə çevrilir.
İnsan resursları üzrə mütəxəssis Nüsrət Xəlilov Valyuta.az-a bildirib ki, əgər namizədin kollektiv və müştəri ilə işlədiyi vəziyyətlərdə ünsiyyət bacarıqları vacibdirsə, bu zaman həmin şəxsin kommunikasiya problemi və intriqalı davranış sərgiləməsi komanda üçün ciddi mənfi təsir yarada bilər:
“Komandada digər amillər müsbət olsa belə, daxili kommunikasiya problemi səbəbindən istənilən nəticəyə çatmaq çətinləşəcək. Əgər namizəd yalnız fərdi şəkildə işləyirsə və əsasən rəhbərlə ünsiyyətdə olursa, bu hal müəyyən qədər qəbul edilə bilər. Lakin bu, yenə də problemdir”.

Bəs bu cür hallar müsahibələrdə necə müəyyən edilir?
"Belə hallarda situasiya müsahibəsi keçirilə bilər. Hər hansı bir vəziyyət simulyasiya olunaraq müqayisəli şərait yaradılır və həmin anda namizədin reaksiyasına əsasən onun davranış tərzi və intriqa meyilli olub-olmaması qiymətləndirilə bilər”, – deyə o qeyd edib.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
“Xalq Bank"ın xalis mənfəəti 4,6 milyon manat azalıb - Bank geriləyir
15.01.2026"OpenAI" "Cerebras"a 10 milyarddan çox ödəniş edəcək
15.01.2026Amerika milyarderlərinin üçdə ikisi “öz zəhməti ilə” varlanıb
15.01.2026Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır
15.01.2026Sabahın hava proqnozu
15.01.2026
2026-cı ildən əməkhaqqı belə hesablanacaq - CƏDVƏL
15.01.2026“Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
15.01.2026İntriqalı işçi peşəkardırsa, işə götürək? - Ekspert
15.01.2026Ən çox müavini olan nazirlər - SİYAHI
15.01.2026Azərbaycanda 1 milyondan çox adam pensiya alır
15.01.2026Rusiyada KFC adı tamamilə tarixə çevrildi
15.01.2026Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI
15.01.2026ABŞ Azərbaycana vizanı dayandırır - Siyahıda 75 ölkə var
15.01.2026Bakının icra hakimiyyətlərində yeni sektorlar yaradıldı
15.01.2026“AccessBank”ın maliyyə institutlarına borcu 335 milyon manata çatıb
15.01.2026İş adamının qardaşı 9 milyona abadlıq işləri görəcək
15.01.2026