ABŞ Azərbaycana vizanı dayandırır - Siyahıda 75 ölkə var

Redaktor

15.01.2026 11:51
145

ABŞ Azərbaycana vizanı dayandırır - Siyahıda 75 ölkə var

ABŞ Prezidenti Donald Trump administrasiyası 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarının verilməsini müvəqqəti dayandırır. Qərar 21 yanvar 2026-cı ildən qüvvəyə minəcək.

Valyuta.az xəbər verir ki, ABŞ Dövlət Departamenti qərarı viza siyasətinin yenidən yoxlanılması və müraciətçilərin ABŞ-də “dövlət yükünə çevrilmə riskinin” azaldılması ilə əsaslandırır.

Qərar turist vizalarına şamil edilmir.

Viza verilməsi dayandırılan ölkələr

Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Bahamalar, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Konqo Demokratik Respublikası, Kuba, Dominika, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Fil Dişi Sahili, Yamayka, İordaniya, Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Şimali Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Myanma, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya, Ruanda, Sent-Kitts və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tailand, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən.

Tənqidçilər bildirir ki, bu addım qanuni miqrasiyanı da məhdudlaşdırır və yaxın bir il ərzində təxminən 315 min nəfərin ABŞ-a köç imkanını bağlaya bilər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...