Redaktor
İntriqalı işçi peşəkardırsa, işə götürək? - Ekspert
Müasir iş mühitində kollektivin dinamikası və daxili münasibətlər uğurun əsas amillərindən biri hesab olunur. Bəzən iş prosesində yaranan gərginliklər, anlaşılmazlıqlar və fikir ayrılıqları müəyyən davranış modellərini gündəmə gətirir. Bu davranışlar hər zaman açıq şəkildə görünməsə də, zamanla komanda işinin pozulmasına səbəb ola bilir. Xüsusilə də bəzi intriqalı əməkdaşların fərdi yanaşmaları və ünsiyyət tərzi bu prosesdə diqqət mərkəzinə çevrilir.
İnsan resursları üzrə mütəxəssis Nüsrət Xəlilov Valyuta.az-a bildirib ki, əgər namizədin kollektiv və müştəri ilə işlədiyi vəziyyətlərdə ünsiyyət bacarıqları vacibdirsə, bu zaman həmin şəxsin kommunikasiya problemi və intriqalı davranış sərgiləməsi komanda üçün ciddi mənfi təsir yarada bilər:
“Komandada digər amillər müsbət olsa belə, daxili kommunikasiya problemi səbəbindən istənilən nəticəyə çatmaq çətinləşəcək. Əgər namizəd yalnız fərdi şəkildə işləyirsə və əsasən rəhbərlə ünsiyyətdə olursa, bu hal müəyyən qədər qəbul edilə bilər. Lakin bu, yenə də problemdir”.

Bəs bu cür hallar müsahibələrdə necə müəyyən edilir?
"Belə hallarda situasiya müsahibəsi keçirilə bilər. Hər hansı bir vəziyyət simulyasiya olunaraq müqayisəli şərait yaradılır və həmin anda namizədin reaksiyasına əsasən onun davranış tərzi və intriqa meyilli olub-olmaması qiymətləndirilə bilər”, – deyə o qeyd edib.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanlı alim ABŞ-dən deportasiya edilir
15.01.2026İlon Maskın yeni vədi: "Roadster" kosmik texnologiya ilə təchiz ediləcək
15.01.2026DSMF-nin filialına yeni direktor təyin edildi
15.01.2026MİQ imtahanı ödənişli olacaq - Prezident təsdiqlədi
15.01.2026Tanınmış iş adamı vəfat etdi
15.01.2026Bakıda satılan İran malları bahalaşdı - Yeni qiymətlər
15.01.2026Göbələk telininin kilosunu bu ölkədən 4 manata almışıq
15.01.2026Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi
15.01.2026Azərbaycanın ilk Mobil Avtoyuma Platforması UNEC-in Startap müsabiqəsinin qalibləri sırasındadır
15.01.2026Fond sədri yeni direktor təyin etdi - Aygül Səfərli işdən çıxarıldı
15.01.2026
“Xalq Bank"ın xalis mənfəəti 4,6 milyon manat azalıb - Bank geriləyir
15.01.2026"OpenAI" "Cerebras"a 10 milyarddan çox ödəniş edəcək
15.01.2026Amerika milyarderlərinin üçdə ikisi “öz zəhməti ilə” varlanıb
15.01.2026Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır
15.01.2026Sabahın hava proqnozu
15.01.2026