Tələbələrin yaratdığı "YumaX" startapı qalib oldu

Redaktor

15.01.2026 14:32
100

Tələbələrin yaratdığı "YumaX" startapı qalib oldu

UNEC-də tələbələr arasında keçirilən və universitetin daxili vəsaiti hesabına maliyyələşdirilən startap müsabiqəsinin qalibləri müəyyənləşib.

Valyuta.Az-ın verdiyi xəbərə görə, təqdim olunan çoxsaylı innovativ ideyalar arasından seçilən 9 layihədən biri də YumaX – Azərbaycanın ilk Mobil Avtoyuma Xidməti və Marketplace Platforması olub.

Rəqəmsal İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbələri İqnat KəlbiyevYunis Quliyev tərəfindən hazırlanan YumaX layihəsi səyyar mobil avtoyuma xidməti göstərən şirkətləri vahid rəqəmsal platformada birləşdirməyi hədəfləyir. Platforma özü fiziki xidmət göstərmədən, texnoloji infrastruktur və marketplace modeli vasitəsilə sektorun daha səmərəli idarə olunmasını təmin edir.

YumaX-ın iş prinsipi müştərilərin veb platforma, növbəti mərhələdə isə mobil tətbiq üzərindən ünvan üzrə avtoyuma sifarişi yaratmasına əsaslanır. Mobil yuma komandaları isə bu sifarişləri qəbul edərək yerində icra edir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...