Redaktor
2026-cı ildən əməkhaqqı belə hesablanacaq - CƏDVƏL
Xəyyam Əsgərov
İnsan Resursları üzrə mütəxəssis
İnsan resursları üzrə mütəxəssislər, mühasiblər və maliyyə rəhbərləri üçün 2026-cı il əmək münasibətləri baxımından mühüm dəyişikliklərlə başlayır.
01 yanvar 2026-cı il tarixindən etibarən muzdlu əməyə dair gəlir vergisi və icbari tibbi sığorta üzrə yeni qaydalar qüvvəyə minir ki, bu da xüsusilə özəl sektorda əmək haqqının hesablanması, net-gross balansı və işəgötürən xərclərinə birbaşa təsir göstərir.
Qeyd edilməlidir ki, bu dəyişikliklər əsasən özəl sektoru əhatə edir, dövlət sektorunda çalışanlar üçün isə əmək haqqının hesablanması mexanizmində əhəmiyyətli dəyişiklik nəzərdə tutulmur. Məhz bu səbəbdən yeni qaydaların düzgün anlaşılması və tətbiqi HR və mühasibatlıq funksiyaları üçün xüsusi əhəmiyyət daşıyır.
Özəl sektorda əsas dəyişiklik nədən ibarətdir?
2026-cı ildən etibarən muzdlu işlə əlaqədar gəlirdən tutulan gəlir vergisinə tətbiq edilən güzəşt mərhələli şəkildə aradan qalxır. Nəticədə əmək haqqının məbləğindən asılı olaraq mərhələli vergi dərəcələri tətbiq olunur.
2026-cı il üzrə özəl sektorda gəlir vergisi dərəcələri
2500 AZN-dək əmək haqqı → 3%
2500 – 8000 AZN aralığı → 10%
8000 AZN-dən yuxarı → 14%
Bu zaman Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, aylıq gəliri 2500 AZN-dək olan işçilər üçün 200 AZN-lik hissə gəlir vergisindən azad olunur.
2027-ci ildən sonra vergi dərəcələri necə dəyişəcək?
Qanunvericilikdə nəzərdə tutulan mərhələli keçidə əsasən, aşağı əmək haqqı alan işçilər üçün tətbiq olunan vergi dərəcələri növbəti illərdə artırılacaq:
2026-cı il – 3%
2027-ci il – 5%
Sonrakı illər – 7%
Bu dəyişikliklər uzunmüddətli perspektivdə əmək haqqı fondunun planlaşdırılması və kadr strategiyası baxımından HR bölmələri üçün əlavə hesablamalar tələb edəcək.
İcbari tibbi sığorta üzrə yeni hədd
01.01.2026-cı ildən icbari tibbi sığorta tutulmalarında da dəyişiklik edilir:
2500 AZN-dək əmək haqqı → 2%
2500 AZN-dən yuxarı hissə → 0,5%
Əvvəllər 8000 AZN üzərindən tətbiq edilən bu həddin aşağı salınması, xüsusilə orta əmək haqqı alan işçilərin net maaşına təsir edən amillərdən biri olacaq.
Dövlət sektorunda dəyişiklik varmı?
Xeyr.
Dövlət müəssisələrində çalışan işçilər üçün:
- gəlir vergisi mexanizmi əvvəlki qaydada qalır,
- mərhələli 3% / 10% / 14% sistemi tətbiq edilmir,
- əmək haqqının hesablanmasında əsaslı dəyişiklik baş vermir.
Bu səbəbdən yeni qaydalar əsasən özəl sektor üzrə HR və mühasibatlıq mütəxəssislərinin diqqət mərkəzində olmalıdır.
HR və mühasiblər üçün praktik həll: Excel kalkulyator
Yeni qaydaların gündəlik işdə düzgün tətbiqi üçün özəl və dövlət sektorunu ayırd edən avtomatik Excel kalkulyator (buradan endir) hazırlanıb.
Bu fayl vasitəsilə:
sektor seçimi (özəl/dövlət), gəlir vergisi, DSMF, işsizlik sığortası, icbari tibbi sığorta, net əmək haqqı, işəgötürənin real xərci (super gross)
avtomatik hesablanır.
Bu Excel fayl HR mütəxəssisləri, mühasiblər, maliyyə menecerləri və sahibkarlar üçün iş prosesini xeyli sadələşdirir və planlama risklərini azaldır.
01.01.2026-cı ildən qüvvəyə minən dəyişikliklər:
- özəl sektorda əmək haqqının hesablanmasına yeni yanaşma tələb edir,
- net maaşların azalmasına səbəb ola bilər, lakin düzgün alətlər və hesablamalarla effektiv şəkildə idarə oluna bilər.
İnsan resursları və mühasibatlıq üzrə mütəxəssislər üçün əsas çağırış – dəyişiklikləri vaxtında mənimsəmək və düzgün tətbiq etməkdir.

Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanlı alim ABŞ-dən deportasiya edilir
15.01.2026İlon Maskın yeni vədi: "Roadster" kosmik texnologiya ilə təchiz ediləcək
15.01.2026DSMF-nin filialına yeni direktor təyin edildi
15.01.2026MİQ imtahanı ödənişli olacaq - Prezident təsdiqlədi
15.01.2026Tanınmış iş adamı vəfat etdi
15.01.2026Bakıda satılan İran malları bahalaşdı - Yeni qiymətlər
15.01.2026Göbələk telininin kilosunu bu ölkədən 4 manata almışıq
15.01.2026Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi
15.01.2026Azərbaycanın ilk Mobil Avtoyuma Platforması UNEC-in Startap müsabiqəsinin qalibləri sırasındadır
15.01.2026Fond sədri yeni direktor təyin etdi - Aygül Səfərli işdən çıxarıldı
15.01.2026
“Xalq Bank"ın xalis mənfəəti 4,6 milyon manat azalıb - Bank geriləyir
15.01.2026"OpenAI" "Cerebras"a 10 milyarddan çox ödəniş edəcək
15.01.2026Amerika milyarderlərinin üçdə ikisi “öz zəhməti ilə” varlanıb
15.01.2026Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır
15.01.2026Sabahın hava proqnozu
15.01.2026