Redaktor
İki çoban yarım milyon manatdan çox pulu necə mənimsəyib? - Detallar
Çobanlar fermanın yarım milyon manatdan çox dəyəri olan heyvanlarını satıblar. Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.
Valyuta.az-ın Xezerxeber-ə istinadən məlumatına görə, ailə təsərrüfatı olan fermanın sahiblərindan biri Firdovsi Baxışov deyib ki, hadisə 2 il bundan öncə baş verib. Fermalarında çalışan Kəmaləddin Hüseynov və onunla əlbir olan qohumu Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları oğurlayıblar. Onlar bunu əsas sahibkarın adından istifadə edərək həyata keçiriblər. Onlar işçiləri aldadaraq guya heyvanları sahibkarın tapşırığı ilə apardıqlarını deyiblər.
Bundan sonra hadisədən şübhələnən sahibkarlar Salyandakı daha çox sürünün olduğu fermaya gediblər. Məlum olub ki, burada olan bütün heyvanlar da oğurlanıb. Əməllərinin izini itirmək üçün isə fermadakı kameraları sıradan çıxarıblar.
Çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1377 baş heyvanı sataraq 586 min manatdan çox pulu mənimsəyiblər. Satdıqlari 44 baş müxtəlif cinsli mal, 330 baş keçi, 75 baş çəpiş, 660 baş qoyun, 230 baş quzu, 4 at olub. Bunlardan sadəcə 4 at saxladıqları yerdən tapılaraq geri qaytarılıb.
Hazırda sahibkarların istəyi onlara dəyən ziyanın ödənilməsidir. Sahibkarın şikayəti əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunublar. Hazırda Salyan rayon prokurorluğunda araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİntriqalı işçi peşəkardırsa, işə götürək? - Ekspert
15.01.2026Ən çox müavini olan nazirlər - SİYAHI
15.01.2026Azərbaycanda 1 milyondan çox adam pensiya alır
15.01.2026Rusiyada KFC adı tamamilə tarixə çevrildi
15.01.2026Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI
15.01.2026ABŞ 75 ölkə üçün immiqrant vizalarını dayandırır - Siyahıda Azərbaycan da var
15.01.2026Bakının icra hakimiyyətlərində yeni sektorlar yaradıldı
15.01.2026“AccessBank”ın kredit təşkilatları və digər maliyyə institutlarına borcu 335 milyon manata çatıb
15.01.2026İş adamının qardaşı 9 milyona abadlıq işləri görəcək
15.01.2026
“Assist Finance" dövriyyə itkisi ilə üzləşib - 1 milyard manatdan çox azalma
15.01.2026İki çoban yarım milyon manatdan çox pulu necə mənimsəyib? - Detallar
15.01.2026"Yüksəliş"in finalçısına ADY-də vəzifə verildi
15.01.2026Mərkəzi Bank texniki avadanlıqlar alır
15.01.2026AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım! ®
15.01.2026