İş adamının qardaşı 9 milyona abadlıq işləri görəcək

Redaktor

15.01.2026 11:20
62

İş adamının qardaşı 9 milyona abadlıq işləri görəcək

Körpü-Bina-Tikinti MMC Ağdam rayonu, Ağdam şəhəri F-2 yaşayış məhəlləsi üzrə energetika təsərrüfatı obyektləri, sahədaxili mühüm kommunal sistemlər (su, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilər), eləcə də yaşıllıq və abadlıq işlərini həyata keçirəcək.

Valyuta.az xəbər verir ki, bununla bağlı şirkət Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən keçirilən satınalmanın qalibi olub.

Abadlıq və tikinti işlərinin görülməsi üçün “Körpü-Bina-Tikinti” MMC-yə 9 milyon 321 min 499,81 manat ödəniləcək.

Qeyd edək ki, şirkət ilkin olaraq 40 manat nizamnamə kapitalı ilə yaradılıb, hazırda isə nizamnamə kapitalı 300 min manat təşkil edir. 2004-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur.

Mediada yayılan məlumatlara əsasən, Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. Həmçinin bildirilir ki, “Körpü-Bina Tikinti” MMC-nin faktiki sahibi də Xəlil Göyüşovdur.

Xatırladaq ki, iş adamı 2024-cü ildə Sabunçu tunelində baş verən, iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda qeyd olunurdu ki, 2019-cu ildə sözügedən tunel Azərbaycan Dəmir Yolları QSC-nin sifarişi ilə “Körpü-Bina Tikinti” MMC tərəfindən inşa edilib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...