Redaktor
“Assist Finance" dövriyyə itkisi ilə üzləşib - 1 milyard manatdan çox azalma
“Assist Finance İnvestisiya Şirkəti” ASC dövriyyə itkisi ilə üzləşib.
Valyuta.az xəbər verir ki, şirkətin 2025-ci ilin yanvar-dekabr aylarında daxili birjada dövriyyəsi 1,604 əqd üzrə 4 mlrd. 328 mln. 818 min 066 manat manat təşkil edib.
Bu isə 2024-cü ilin eyni dövrünə nisbətən 29,18% və ya 1 mlrd. 782 mln. 378 min 186 manat azdır. 2024-cü ilin yanvar-dekabr aylarında investisiya şirkətinin BFB-dəki dövriyyəsi 2,150 əqd üzrə 6 mlrd. 111 mln. 196 min 252 manat olub.
2025-ci ilin yanvar-dekabr ayları üzrə “Assist Finance”ın bir əqdinin orta dəyəri 2,70 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 140 min manat və ya 4,9% azdır. Ötən ilin eyni dövründə bu rəqəm 2,84 milyon manat təşkil edib.
Hesabat dövründə “Assist Finance”ın dövriyyəsinin 3,3 mlrd. manatı repo əməliyyatlarının, 123,5 mln. manatı dövlət istiqrazlarının, 705,2 mln. manatı korporativ istiqrazların, 150,3 mln. manatı Mərkəzi Bankın notlarının, 770,7 min manatı isə səhmlərin payına düşüb.
Xatırladaq ki, “Assist Finance Investisiya Şirkəti” ASC 2018-ci ildə qeydiyyata alınıb.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİntriqalı işçi peşəkardırsa, işə götürək? - Ekspert
15.01.2026Ən çox müavini olan nazirlər - SİYAHI
15.01.2026Azərbaycanda 1 milyondan çox adam pensiya alır
15.01.2026Rusiyada KFC adı tamamilə tarixə çevrildi
15.01.2026Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI
15.01.2026ABŞ 75 ölkə üçün immiqrant vizalarını dayandırır - Siyahıda Azərbaycan da var
15.01.2026Bakının icra hakimiyyətlərində yeni sektorlar yaradıldı
15.01.2026“AccessBank”ın kredit təşkilatları və digər maliyyə institutlarına borcu 335 milyon manata çatıb
15.01.2026İş adamının qardaşı 9 milyona abadlıq işləri görəcək
15.01.2026
“Assist Finance" dövriyyə itkisi ilə üzləşib - 1 milyard manatdan çox azalma
15.01.2026İki çoban yarım milyon manatdan çox pulu necə mənimsəyib? - Detallar
15.01.2026"Yüksəliş"in finalçısına ADY-də vəzifə verildi
15.01.2026Mərkəzi Bank texniki avadanlıqlar alır
15.01.2026AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım! ®
15.01.2026