Rusiyada KFC adı tamamilə tarixə çevrildi

Redaktor

15.01.2026 12:10
45

Rusiyada KFC adı tamamilə tarixə çevrildi

Rusiyada fast-food bazarında mühüm dəyişiklik baş verib.

Valyuta.az xəbər verir ki, "Rostic’s" brendini inkişaf etdirən "Yunirest" şirkəti ölkə üzrə keçmiş KFC restoranlarının yenidən adlandırılması prosesini tam başa çatdırıb. Bununla da Rusiyada Amerika mənşəli KFC şəbəkəsinə aid restoran qalmayıb.

Şirkətin mətbuat xidmətinin RBC-yə verdiyi məlumata görə, hazırda bütün restoranlar "Rostic’s" brendi altında fəaliyyət göstərir. 2026-cı ilin əvvəlinə olan məlumata əsasən, "Yunirest"in idarə etdiyi "Rostic’s" restoranlarının ümumi sayı (özünə məxsus və françayzinq daxil olmaqla) 1300-dən çoxdur. Bu göstərici ilə şəbəkə Rusiyada satış nöqtələrinin sayına görə ən böyük fast-food şəbəkəsi hesab olunur.

Eyni zamanda 2GIS naviqasiya xidməti də təsdiqləyib ki, artıq xəritələrdə KFC adı ilə fəaliyyət göstərən restoran yoxdur. Bildirilib ki, ad dəyişikliyi restoranlar şəbəkəsini idarə edən şirkətin təqdim etdiyi rəsmi məlumatlar əsasında həyata keçirilib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...