Redaktor
“AccessBank”ın maliyyə institutlarına borcu 335 milyon manata çatıb
“AccessBank” 2025-ci ilin IV rübünün nəticələrini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bank yanvar-dekabr aylarını 49 milyon 52 min manat xalis mənfəətlə başa vurub.
Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 5 milyon 010 min manat və ya 9,3% azdır.
Hesabat dövründə bankın faiz gəlirləri 31 milyon 742 min manat və ya 14,1% artaraq 256 milyon 176 min manat olub.
Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (31 milyon 188 min manat) müşahidə edilib. IV rübdə “AccessBank”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 19,0% artaraq 84 milyon 192 min manatdan (IV rüb 2024) 100 milyon 208 min manata yüksəlib. Bu artım əsasən depozitlər üzrə faizlər (76 milyon 129 min manat) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (23 milyon 8 min manat) ilə bağlıdır.
Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri hesabına 432 min manat artaraq bu ilin IV rübündə 18 milyon 546 min manata enib. Qeyri-faiz xərcləri isə 10 milyon 376 min manat artaraq 98 milyon 178 min manata yüksəlib.
Ümumilikdə, bankın mənfəət vergisindən əvvəlki mənfəəti 60 milyon 083 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,7% azalma deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 63 milyon 060 min manat təşkil edib.
Hesabat dövründə “AccessBank”ın cəmi aktivləri 19,2% və ya 285 min 75 manat artaraq 1 milyard 770 milyon 369 min manata, cəmi öhdəlikləri isə 17,9% artaraq 1 milyard 537 milyon 658 min manata bərabər olub. Bu artım əsasən kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər - 2024-cü ildəki 197 milyon 501 min manatdan 335 milyon 438 min manata yüksəlməsi ilə olub. Artım 137 milyon 937 min manat və ya 69,9% olub.
Qeyd edək ki, “AccessBank” 2002-ci ildə dövlət qeydiyyatına alınıb.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
“Xalq Bank"ın xalis mənfəəti 4,6 milyon manat azalıb - Bank geriləyir
15.01.2026"OpenAI" "Cerebras"a 10 milyarddan çox ödəniş edəcək
15.01.2026Amerika milyarderlərinin üçdə ikisi “öz zəhməti ilə” varlanıb
15.01.2026Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkı yaradılır
15.01.2026Sabahın hava proqnozu
15.01.2026
2026-cı ildən əməkhaqqı belə hesablanacaq - CƏDVƏL
15.01.2026“Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
15.01.2026İntriqalı işçi peşəkardırsa, işə götürək? - Ekspert
15.01.2026Ən çox müavini olan nazirlər - SİYAHI
15.01.2026Azərbaycanda 1 milyondan çox adam pensiya alır
15.01.2026Rusiyada KFC adı tamamilə tarixə çevrildi
15.01.2026Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI
15.01.2026ABŞ Azərbaycana vizanı dayandırır - Siyahıda 75 ölkə var
15.01.2026Bakının icra hakimiyyətlərində yeni sektorlar yaradıldı
15.01.2026“AccessBank”ın maliyyə institutlarına borcu 335 milyon manata çatıb
15.01.2026İş adamının qardaşı 9 milyona abadlıq işləri görəcək
15.01.2026