"İnsanlar çox vaxt ehtiyacı olanı yox, qarşısına çıxan məhsulu alır"

Redaktor

11.02.2026 09:15
637

"İnsanlar çox vaxt ehtiyacı olanı yox, qarşısına çıxan məhsulu alır" - Marketoloq

Bir zamanlar alış qərarlarımız əsasən ehtiyaclarımız əsasında formalaşırdı. Bu gün isə həmin qərarlar bəzən bir “story”, bir “reels” və ya tanımadığımız birinin tövsiyəsi ilə verilir. Sosial media artıq sadəcə ünsiyyət platforması deyil, insanların nəyi, nə vaxt və niyə alacağını müəyyən edən görünməz iqtisadi qüvvəyə çevrilib.

Bəs sosial media bu gün istehlak davranışlarına həqiqətən təsir edirmi?

Marketinq üzrə mütəxəssis Samir Mehdiyev Valyuta.az-a bildirib ki, sosial media bu gün istehlak davranışlarının formalaşmasında əsas rol oynayan kanallardan birinə çevrilib:

“Brendlər artıq yalnız məhsulun funksional üstünlüklərini deyil, onun arxasında dayanan hekayəni, dəyərləri və həyat tərzini təqdim edirlər. İstifadəçilər sosial mediada gördükləri məzmun vasitəsilə məhsulu real insanların gündəlik həyatında müşahidə edir və bu da alış qərarına olan etibarı artırır. Sosial platformalar eyni zamanda rəy və tövsiyə mərkəzinə çevrilib. İstifadəçi rəyləri, influencer paylaşımları və istifadəçi tərəfindən yaradılan məzmun klassik reklam mesajlarından daha təsirli olur. İnsanlar məhsulu almadan öncə başqalarının təcrübəsinə baxır və bu sosial təsdiq alış prosesini sürətləndirir”.

“Alqoritmlərin verdiyi fərdiləşdirilmiş məzmun isə istehlakçının ehtiyaclarını birbaşa hədəfləyir. İstifadəçi çox zaman ehtiyacını özü axtarmır – qarşısına çıxarılan məhsul onun marağını oyadır və impulsiv alış davranışı yaranır. Bu təsir xüsusilə mobil istifadə və sosial şəbəkələrdə daha aydın görünür. Bundan əlavə, sosial mediada yaradılan məhdud zamanlı kampaniyalar və kütləvi maraq effekti istifadəçilərdə qərarvermə təzyiqi yaradır. “Hamı alır” və “qaçırma” kimi mesajlar istehlakçını daha tez hərəkət etməyə vadar edir. Nəticə etibarilə sosial media istehlakçını daha məlumatlı, lakin eyni zamanda daha emosional qərar verən bir mövqeyə gətirir. Müasir istehlakçı üçün məhsuldan çox onun yaratdığı təcrübə və verdiyi hiss ön plana çıxır” – deyə S. Mehdiyev qeyd edib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bir fincan qəhvə ilə daha məhsuldar olmaq mümkündür?

20.07.2026

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr - SİYAHI

20.07.2026

General Motors liderliyindən 4 milyard dollarlıq imperiyaya: Məhəmməd Mənsurun uğur hekayəsi

20.07.2026

Azərbaycan daha bir ölkədən elektromobil almağa başlayıb

20.07.2026

Yeni təyyarə London-Sidney uçuşunu 3 saata endirə bilər: Bu, realdırmı?

20.07.2026

Uğursuz tətbiqlərdən milyardlıq gözəllik imperiyasına: Kim Byung Hoonun uğur hekayəsi

20.07.2026

"ABB"nin keçmiş əməkdaşına agentlikdə yüksək vəzifə verildi

20.07.2026

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

20.07.2026

"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır

20.07.2026

"Strategy" bu günədək 63 milyardlıq "Bitcoin" alıb

20.07.2026

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda ®

20.07.2026

"Azərenerji" 17,4 milyon manatlıq iki layihə həyata keçirəcək

20.07.2026

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir ®

20.07.2026

Dünya çempionu olan İspaniya neçə milyon qazandı?

20.07.2026

Azərbaycan qonşu ölkələr arasında sabit genişzolaqlı internet sürətinə görə liderdir

20.07.2026

Azərbaycanda beynəlxalq bazarlara çıxış əldə etmiş startapların sayının artırılması hədəflənir

20.07.2026

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib

20.07.2026

Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır

20.07.2026

İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq

20.07.2026

"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq - SƏRƏNCAM

20.07.2026

Məzənnə

Yüklənir...