Redaktor
İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq
Məktəb və tələbəlik illərində bir çoxumuz imtahanlara son gün hazırlaşıb, buna baxmayaraq yaxşı nəticə əldə edə bilmişik. Bu, ilk baxışda üstünlük kimi görünür. Amma real iş həyatına keçəndə, həmin vərdişin o qədər də faydalı olmadığı üzə çıxır. Çünki iş mühitində tapşırıqlar təkcə bir imtahan günü üçün deyil, davamlı planlama, vaxtın düzgün bölünməsi və məsuliyyət tələb edir. Son ana saxlamaq, stres altında işləməyə öyrəşmək və işi “necə olsa çatdıraram” düşüncəsi isə bir çox gəncin iş həyatında çətinlik yaşamasına səbəb olur. Bu vəziyyətlə üzləşən şəxslərin əsas problem nədir və necə həll oluna bilər?
Valyuta.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirir ki, məktəb və tələbəlik illərində imtahana son gündə hazırlaşmaq bir çoxumuza xoş xatirə kimi görünür. Amma bu vərdişin arxasında psixoloji bir tələ də var:
“Beyin son anda gərginlik artanda adrenalinlə oyanır və insan bir anda sürətlənir. Nəticə bəzən pis olmur və adam bunu özünə sübut kimi qəbul edir. Beləcə yanlış inam formalaşır ki, guya mən ən yaxşı son anda işləyirəm. Əslində isə bu, bacarıqdan çox şəraitin məcbur etdiyi rejimdir. Hər dəfə təkrarlanan kimi hal kimi həyat tərzinə çevrilir.
Real iş həyatında isə tapşırıq bir günlük imtahan deyil. Burada əsas məsələ davamlı etibar, keyfiyyət, vaxtında təhvil və stabillikdir. Son ana saxlamaq adətən, planın olmaması ilə başlayır, sonra günah kimi vaxtı göstərir, sonda isə insan özünü günahlandırır. Yaranmış hal həm motivasiyanı yeyir, həm də özünə inamı zəiflədir. Çünki insan işi daim təzyiq altında gördükcə, beynə belə bir mesaj verir ki, iş təhlükədir. Nəticədə işə həvəs azalır, gecikmə artır, iş həyatda mane kimi görünməyə başlayır. Problem tənbəllik deyil. Çox vaxt qorxu və gərginlikdir. Bəziləri səhv etməkdən qorxur, ona görə başlamağı gecikdirir. Bəziləri mükəmməl etməliyəm düşüncəsinə ilişib qalır. Bəziləri də öz sərhədlərini qoruya bilmir, hər kəsə “hə” deyir, diqqəti dağılır və axırda öz işinə vaxt qalmır. Sonda isə stres qalib gəlir və insan yalnız yanğın söndürmə rejimində yaşayır”.

O, deyir ki, insan psixoloji dayanıqlığını özünü danlamaqla deyil, vərdişini sistemli dəyişməklə formalaşdırmalıdır: “Birinci addım işi başlamağı yüngülləşdirməkdir. İnsana ən çətin gələn mərhələ icra deyil, başlanğıcdır. Ona görə özün üçün sadə qayda qoymaq lazımdır. Bu gün yalnız ilk addımı edəcəyəm. Məsələn, mövzuya baxacağam, plan yazacağam, ya da ilk səhifəni qaralayacağam. İş üç mərhələyə bölünəndə yük azalır. Əvvəl struktur və qaralama, sonra icra, sonda yoxlama. Son gün yalnız yoxlama qalmalıdır”.
“İnsan əmək fəaliyyətində təkcə vaxtı yox, enerjini də idarə etməlidir. Çətin işi günün ən enerjili vaxtına salmaq lazımdır. Kiçik ara mərhələlər qoymaq da kömək edir. Bu gün bu hissə, sabah digər hissə. Belə olanda, beyin işdən qaçmaq yox, işə yaxınlaşmaq vərdişini öyrənir. Ünsiyyət də yumşaq bacarığın bir hissəsidir. Tapşırığın gecikəcəyini görən kimi vaxtında xəbər vermək, ehtiyac varsa dəstək istəmək və real plan təqdim etmək insanı məsuliyyətli göstərir. Davamlı stres sadəcə yorğunluq deyil, psixoloji aşınmadır. Uzun müddət belə yaşamaq yuxunu pozur, diqqəti zəiflədir, əsəbiliyi artırır və münasibətlərə də təsir edir. Ona görə məqsəd qəhrəman kimi son anda işi xilas etmək deyil. Məqsəd sakit, stabil və sağlam şəkildə nəticə verməkdir. Sonda bir həqiqət qalır. Çox işləmək yox, düzgün işləmək lazımdır. Düzgün işləmək isə vaxtında başlamaq, işi mərhələlərə bölmək və özünü streslə yox, sistemlə idarə etmək deməkdir” - R.Nəcəfov qeyd edib.
Şəbnəm İbrahimxəlilova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026