Redaktor
"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi
“Spotify” 2025-ci ilin dördüncü rübünə dair maliyyə nəticələrini açıqlayıb. Şirkət aylıq aktiv istifadəçi (MAU) sayının 751 milyona çatdığını bildirib. Bu göstərici platforma tarixində indiyədək qeydə alınmış ən yüksək səviyyədir.
Valyuta.az xəbər verir ki, açıqlanan məlumatlara görə, ümumi istifadəçi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artıb. Əvvəlki rübdə 713 milyon olan aylıq aktiv istifadəçi sayı ilə müqayisədə də nəzərəçarpacaq yüksəliş qeydə alınıb.
Premium abunəçi sayı 290 milyona yüksəldi
“Spotify”ın ödənişli abunə seqmentində də artım davam edir. Şirkətin Premium abunəçilərinin sayı illik müqayisədə 10 faiz artaraq 263 milyondan 290 milyona çatıb.
Regional bölgüyə əsasən, Premium istifadəçilərin 36 faizi Avropada yerləşir. Şimali Amerika isə 25 faiz göstərici ilə ikinci yerdə qərarlaşıb.
Artımda süni intellekt vurğusu
Şirkət rəhbərliyi artımın əsas səbəbləri arasında süni intellekt texnologiyalarına yatırımları da göstərir. “Spotify”ın həmsədri Qustav Söderström bildirib ki, şirkət özünü musiqi sənayesinin elmi-tədqiqat və inkişaf bölməsi kimi görür. Onun sözlərinə görə, yeni texnologiyaları sürətlə mənimsəmək və potensialını qiymətləndirmək strategiyası indiyədək bir çox dəfə uğurla tətbiq olunub.
Şirkət süni intellekt sahəsində transformasiyanın bütün sektor üçün mühüm imkanlar yaratdığını vurğulayır və bu dəyişikliklərə tez uyğunlaşan aktorların daha çox üstünlük qazanacağını bildirir.
“Spotify” 2025-ci ilin sonlarına doğru platformadakı bəzi aşağı keyfiyyətli süni intellekt məzmunlarını siləcəyini və “sənətçi yönümlü süni intellekt musiqi məhsulları” hazırlayacağını açıqlayıb. Lakin bu məhsullarla bağlı texniki detallar hələlik paylaşılmayıb.
“Spotify Wrapped” rekord qırdı
Şirkət həmçinin dekabr ayında yayımlanan “Spotify Wrapped” xülasəsinin indiyədək ən yüksək istifadəçi aktivliyinə çatdığını açıqlayıb. 2025-ci il üzrə “Wrapped” təcrübəsi 300 milyondan çox istifadəçi tərəfindən aktiv şəkildə istifadə olunub.
Şirkətin məlumatına görə, “Wrapped” məzmunları 56 fərqli dildə ümumilikdə 630 milyon dəfə paylaşılıb. Bu göstərici platformanın qlobal əhatə dairəsinin və istifadəçi aktivliyinin artmaqda davam etdiyini nümayiş etdirir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026