Sonarə Vəliyeva
“RESM” MMC-nin Maliyyə direktoru
İstənilən biznes subyektinin fəaliyyətində uçot sistemi əsas rol oynayır. Lakin praktikada tez-tez rast gəlinən əsas problemlərdən biri maliyyə uçotu ilə vergi uçotunun eyni anlayış kimi qəbul edilməsidir. Halbuki bu iki anlayış mahiyyət etibarilə fərqli məqsədlərə xidmət edir.
Maliyyə uçotu - müəssisənin real maliyyə vəziyyətini, fəaliyyət nəticələrini və pul axınlarını əks etdirmək üçün aparılır. Onun əsas məqsədi şirkətin iqtisadi durumunu obyektiv şəkildə təqdim etmək və investorlar, kreditorlar, tərəfdaşlar və menecment üçün qərar qəbuletməni asanlaşdırmaqdır.
Vergi uçotu - isə dövlət qarşısında öhdəliklərin düzgün yerinə yetirilməsi məqsədi daşıyır. Burada əsas diqqət vergi qanunvericiliyinin tələblərinə uyğun hesablamalara, güzəştlərə və vergi risklərinin minimuma endirilməsinə yönəlir. Bu baxımdan, maliyyə uçotu biznesin “daxili sağlamlığını” göstərirsə, vergi uçotu daha çox “tənzimləyici uyğunluq” funksiyasını yerinə yetirir. Bu gün dünyanın demək olar ki, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartları (İFRS) əsasında tərtib edilməsi artıq zərurətə çevrilib. İFRS-in əsas üstünlüyü maliyyə məlumatlarının şəffaf, müqayisəolunan və etibarlı şəkildə təqdim olunmasını təmin etməsidir.
İFRS standartları:
- şirkətin real maliyyə nəticələrini üzə çıxarır,
- beynəlxalq investorlar üçün maliyyə məlumatlarını anlaşılan edir,
- banklarla və maliyyə institutları ilə münasibətlərdə etimadı artırır,
- biznesin strateji planlaşdırılmasını asanlaşdırır.
Başqa sözlə, İFRS yalnız hesabat forması deyil, eyni zamanda biznesin inkişafına xidmət edən idarəetmə alətidir. Azərbaycanda isə praktikada fərqli mənzərə müşahidə olunur. Şirkətlərin böyük əksəriyyəti maliyyə uçotuna deyil, əsasən vergi uçotuna fokuslanır. Bir çox hallarda müəssisələr üçün əsas meyar vergi baxımından düzgünlükdür; maliyyə hesabatlarının İFRS tələblərinə uyğunluğu isə ya ikinci planda qalır, ya da ümumiyyətlə nəzərə alınmır.
Bu yanaşmanın kökündə “hesabat yalnız vergi üçün lazımdır” düşüncəsi dayanır. Nəticədə:
- maliyyə göstəriciləri real vəziyyəti əks etdirmir,
- idarəetmə qərarları qeyri-dəqiq məlumatlara əsaslanır,
- investor və banklar üçün şirkət riskli görünür,
- biznesin böyüməsi və kapitallaşması məhdudlaşır.
Halbuki uzunmüddətli və dayanıqlı biznes inkişafı üçün İFRS standartlarına əsaslanan maliyyə hesabatları şərtdir. Çünki inkişaf yalnız vergi yükünün optimallaşdırılması ilə deyil, maliyyə axınlarının düzgün idarə olunması, risklərin ölçülməsi və gələcək strategiyanın qurulması ilə mümkündür.
İFRS əsasında tərtib olunmuş hesabatlar:
- sahibkara real mənfəəti görməyə,
- xərcləri təhlil etməyə,
- investisiya qərarlarını əsaslandırmağa,
- beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməyə şərait yaradır.
Vergi uçotu biznes üçün zəruridir, lakin kifayət deyil. Maliyyə uçotu isə biznesin gələcəyini formalaşdıran əsas sütundur.
Nəticə etibarilə demək olar ki, vergi uçotu şirkətin bu gününü qoruyursa, İFRS-ə əsaslanan maliyyə uçotu onun sabahını qurur. Azərbaycanda biznes subyektlərinin vergi yönümlü düşüncədən maliyyə yönümlü strateji yanaşmaya keçidi artıq seçim deyil, zərurətdir. Bu keçid həm şirkətlərin sağlam inkişafına, həm də ölkə iqtisadiyyatında şəffaflığın və investisiya mühitinin güclənməsinə xidmət edəcək.

Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDonald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
17.03.20269 milyard dollarlıq yapon təyyarəsi bir sərnişin daşımadı - Səbəb nədir?
17.03.2026Qlobal məlumat həcmi 181 zettabayta çatır, kiber risklər və xərclər artır
17.03.20262026-cı ildə marketinq trendləri: kiçik bizneslər üçün yeni imkanlar
17.03.2026Müharibə hansı yanacağın qiymətini daha çox artıracaq? - Analitiklərin proqnozu
17.03.2026Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib ®
17.03.2026Türkiyənin dollar milyarderi qadınları
17.03.2026“PAŞA Bank”ın keçmiş əməkdaşına “ABB”də vəzifə verildi
17.03.2026Prezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026