Hakimliyə namizəd 167 nəfərin yazılı imtihanı keçirilib

Redaktor

22.07.2024 11:48
280

Hakimliyə namizəd 167 nəfərin yazılı imtihanı keçirilib

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında fasiləsiz seçimi davam etdirilir.

Hakimlərin Seçki Komitəsindən verilən xəbərə görə, növbəti müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 167 nəfər hakimliyə namizədlə 21 iyul 2024-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda yazılı imtahan keçirilib.

İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi tərəfindən həmin binada qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanıb, həmin inşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən həmin inşa mövzuları kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər. Seçilmiş inşa mövzuları elan edilmiş və kazusların işlənilməsi üçün namizədlərə 4 saat vaxt verilib.

4 saat davam edən imtahanda namizədlər verilmiş inşa mövzularını həll edərək müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmaq və onun izahını vermək bacarıqlarını nümayiş etdirməli, qanunun konsepsiyasını ifadə edə bilməlidirlər.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib. Yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət olunmuş mütəxəssislər yoxlanılmaqla yaxın zamanda nəticələr elan olunacaqdır.

Eyni zamanda qeyd edək ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Növbəti test imtahanı cari ilin dekabr ayının 15-də keçiriləcək. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan hüquqşünasları müsabiqədə daha fəal iştiraka dəvət edir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

“Amazon” 15 minə yaxın işçini ixtisar edir

23.01.2026

“Game Actor” 400 min dollar investisiya alıb

23.01.2026

Ucuz SSD dövrü bitdi: 2026-cı ilin kvotası artıq satılıb

23.01.2026

“Ekol Mühəndislik Xidmətləri" nəqliyyat vasitələrini satışa çıxarır

23.01.2026

Mart ayında Avropada hara isti olur? - Turistlər üçün 4 günəşli məkan

23.01.2026

"OpenAI" "ChatGPT"dən kənar fəaliyyətdən 1 milyarddan çox gəlir əldə edib

23.01.2026

ATB-nin İdarə Heyətinə yeni sədr müavini təyin edildi

23.01.2026

Mühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu

23.01.2026

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

23.01.2026

"Rabitəbank" ASC açıq tender elan edir ®

23.01.2026

Azər Süleymanov Baş İdarənin rəisi vəzifəsindən azad olundu

23.01.2026

İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

23.01.2026

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

23.01.2026

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Məzənnə

Yüklənir...