Redaktor
Gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq
Yaxın günlərdə Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, havanın temperaturunun aşağı düşəcəyi, xüsusilə gecə və səhər saatlarında mənfi dərəcələrin müşahidə olunacağı, dağlıq və dağətəyi ərazilərdə isə qar yağmasının gözlənildiyi bildirilir.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur. İdarə etdikləri nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə xüsusi diqqət yetirilməlidir.
Qeyd olunan tələblərə əməl edilmədiyi təqdirdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarana, bu isə digər hərəkət iştirakçılarına maneələr törədə, yollarda sıxlıq və ləngimələrə səbəb ola bilər. Eyni zamanda, bu cür hallar Agentliyin qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikasının zəruri ərazilərə vaxtında çatmasına da əngəl yarada bilər.
Bu üzdən qurum sürücüləri hava şəraitini nəzərə almağa və səfərə hazırlıqlı çıxmağı tövsiyə edir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetrodakı nöqsanlar aradan qaldırılmayıb - Palata
13.01.2026İran pulu çökdü
13.01.2026Ali Məhkəmədən müflis banklarla bağlı mühüm qərar
13.01.2026Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb
13.01.2026"Meta" yenə işçilərini ixtisar etməyə hazırlaşır
13.01.2026
Azərbaycanlı xanım Koreyada xərçəngi süni intellektlə tez aşkar edən komandada - Müsahibə
13.01.2026Azərbaycan nefti bahalaşdı
13.01.2026"Eyni CV-ni 50 yerə göndərmək ciddi səhvdir"
13.01.2026"İşçinin yalanını bir-iki dəfə görməzdən gəlmək olar”
13.01.2026Azərbaycanda bu universitetdə yoxlamalar aparılıb - RƏSMİ
13.01.2026Gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq
13.01.2026Avro bahalaşdı
13.01.2026Bu icbari sığorta növünə müştərilər 90 milyon ödəniş edib
13.01.2026