Redaktor
Ali Məhkəmədən müflis banklarla bağlı mühüm qərar
Ali Məhkəmənin Kommersiya kollegiyası müflis elan olunmuş bankla bağlı ödəmə tapşırıqlarından irəli gələn mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Valyuta.az Ali Məhkəməyə istinadən xəbər verir ki, iş iddiaçı ASC-nin cavabdeh banka təqdim etdiyi ödəmə tapşırıqlarının icra edilməməsi ilə bağlıdır.
İddiaçı həmin vəsaitlərin tutulması tələbi ilə məhkəməyə müraciət edib və birinci instansiya məhkəməsi iddianı qiyabi qətnamə ilə təmin edib. Sonradan cavabdeh bankın müflis elan olunması əsas gətirilərək qiyabi qətnamə ləğv edilib və iş üzrə icraata xitam verilib.
Birinci və apellyasiya instansiya məhkəmələri bu mövqeni onunla əsaslandırıb ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra banka qarşı bütün məhkəmə icraatları dayandırılır və bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülə bilər.
Lakin Ali Məhkəmə bu mövqe ilə razılaşmayıb. Məhkəmə kollegiyası bildirib ki, müflis banka qarşı irəli sürülən iddialar bankın bilavasitə bank fəaliyyəti ilə bağlı iddialar və bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyətlə bağlı iddialar olmaqla, iki qrupa bölünür. Yalnız birinci qrupa aid olan, yəni kreditor tələbləri iflas proseduru çərçivəsində baxılmalı, ikinci qrupa aid olan mübahisələr isə ümumi iddia icraatı qaydasında məhkəmələr tərəfindən araşdırılmalıdır.
Ali Məhkəmə müəyyən edib ki, baxılan iş bankın kreditor tələbləri ilə bağlı deyil. Mübahisə iddiaçının öz hesablarında olan vəsaitlərin bank tərəfindən icra edilməmiş ödəmə tapşırıqları ilə əlaqədardır. Həmçinin bu ödəmə tapşırıqları verildiyi vaxt cavabdeh bank hələ müflis elan olunmayıb. Bu səbəbdən iddiaçının tələbləri “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri ilə tənzimlənir.
Ali Məhkəmə vurğulayıb ki, bankın müflis elan olunması ilə bağlı məhdudiyyətlər bu cür münasibətlərə şamil edilmir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilib, ASC-nin kassasiya şikayəti təmin olunub.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAvropa bankları Bakı milyonçusunun pullarını qaytarmır
13.01.2026İlon Maskın sərvəti ilə nələr almaq olardı?
13.01.2026“Azercell" bu gündən qiymətləri qaldırdı
13.01.2026Rektor özünə müşavir təyin etdi - FOTO
13.01.2026
"CFI Financial İnvestisiya Şirkəti"ndə 2 milyardlıq geriləmə
13.01.2026Metrodakı nöqsanlar aradan qaldırılmayıb - Palata
13.01.2026İran pulu çökdü
13.01.2026Ali Məhkəmədən müflis banklarla bağlı mühüm qərar
13.01.2026Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb
13.01.2026"Meta" yenə işçilərini ixtisar etməyə hazırlaşır
13.01.2026
Azərbaycanlı xanım Koreyada xərçəngi süni intellektlə tez aşkar edən komandada - Müsahibə
13.01.2026Azərbaycan nefti bahalaşdı
13.01.2026"Eyni CV-ni 50 yerə göndərmək ciddi səhvdir"
13.01.2026"İşçinin yalanını bir-iki dəfə görməzdən gəlmək olar”
13.01.2026Azərbaycanda bu universitetdə yoxlamalar aparılıb - RƏSMİ
13.01.2026Gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq
13.01.2026Avro bahalaşdı
13.01.2026Bu icbari sığorta növünə müştərilər 90 milyon ödəniş edib
13.01.2026