Redaktor
"CFI Financial İnvestisiya Şirkəti"ndə 2 milyardlıq geriləmə
"CFI Financial İnvestisiya Şirkəti"nin 2025-ci ilin yanvar-dekabr aylarında “Bakı Fond Birjası”nda (BFB) apardığı əməliyyatların həcmi 213 milyon 176 min 492 manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 91,66% və ya 2 milyard 338 milyon 739 min 290 manat azalıb.
Belə ki, 2024-ci ilin yanvar-dekabr aylarında şirkətin dövriyyəsi 2 milyard 551 milyon 915 min 782 manat təşkil edib. Əməliyyatların sayı isə 1985-dən 103-ə enib.
Bu dövrdə investisiya şirkətinin birja əməliyyatlarının 18,9 milyon manatı dövlət istiqrazlarının, 182,7 milyon manatı repo əməliyyatlarının, 8,5 milyon manatı isə korporativ istiqazların payına düşüb.
Qeyd edək ki, “CFI Financial İnvestisiya” ötən il daxili birjada dövriyyəsi ən çox azalan ikinci şirkət olub.
Xatırladaq ki, "AzFinance Investment Şirkəti" 2024-cü ilin avqust ayında "CFI Financial Group"a satıldıqdan sonra rebrendinqini elan edib və "CFI Financial İnvestisiya Şirkəti"nə çevrilib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək
13.01.2026İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
13.01.2026Avropa bankları Bakı milyonçusunun pullarını qaytarmır
13.01.2026İlon Maskın sərvəti ilə nələr almaq olardı?
13.01.2026“Azercell" bu gündən qiymətləri qaldırdı
13.01.2026Rektor özünə müşavir təyin etdi - FOTO
13.01.2026
"CFI Financial İnvestisiya Şirkəti"ndə 2 milyardlıq geriləmə
13.01.2026Metrodakı nöqsanlar aradan qaldırılmayıb - Palata
13.01.2026İran pulu çökdü
13.01.2026Ali Məhkəmədən müflis banklarla bağlı mühüm qərar
13.01.2026Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb
13.01.2026"Meta" yenə işçilərini ixtisar etməyə hazırlaşır
13.01.2026