Redaktor
"Fal.ai" 140 milyon dollar investisiya ilə dəyərini 4,5 milyard dollara çatdırdı
San‑Fransiskoda yerləşən və multimodal süni intellekt infrastrukturu üzrə fəaliyyət göstərən startap “Fal.ai” “Sequoia”nın rəhbərlik etdiyi D seriyası investisiya raundunda 140 milyon dollar sərmayə cəlb edib. Bununla şirkət 2025‑ci il ərzində üçüncü investisiya mərhələsini tamamlayıb.
Valyuta.az xəbər evrir ki, yeni investisiyanın vəsaiti startapın qlobal infrastrukturunun genişləndirilməsi, mühəndislik və satış komandalarının böyüdülməsi ilə yanaşı, yeni məhsul xətlərinin hazırlanmasına yönələcək.
Bir neçə ay əvvəl baş tutmuş C seriyası raundunda startap 125 milyon dollar investisiya alaraq 1,5 milyard dollar dəyərinə qiymətləndirilmişdi. Həmin mərhələdən bəri “Fal.ai” sürətli irəliləyiş müşahidə edib: son dörd ay ərzində illik gəlir tempini iki dəfə artıra bilib, platforma üzərindən hər ay milyardlarla real vaxtda vizual, video, səs və 3D kontent yaradılıb. 2025‑ci ildə komanda sayını üç dəfə artıran startap, həmçinin strateji satınalma həyata keçirərək yeni məhsul xətləri istifadəyə verib və öz fəaliyyət miqyasını genişləndirib.
“Fal.ai”nın təsisçiləri Görkəm Yurtsevən və Burkay Gür rəhbərliyi altında tərtibatçılara 600‑dən çox model təqdim etməyi planlaşdırır - şirkət bulud əsaslı infrastruktur xidməti vasitəsilə şəkil, video və səs istehsalı imkanı təklif edir. Onun böyük müştəriləri arasında “Adobe”, “Canva” və “Shopify” kimi tanınmış brendlər var.
Yeni investisiyadan sonra “Fal.ai”ın infrastrukturunu daha da genişləndirməsi, modellərin inteqrasiya sürətini artırması və dünya miqyasında tərtibatçılar icmasını böyütməsi gözlənilir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Bakı metrosunda interval azaldılacaq? - Rəsmi
20.01.2026Stolüstü kompüter istehsalı 52% azalıb
20.01.2026