Elektron reseptə qoşulmaq qaydası necədir?

Redaktor

05.02.2025 19:50
408

Elektron reseptə qoşulmaq qaydası necədir?

Elektron resept tətbiqi həkimlər, vətəndaşlar və əczaçılar tərəfindən vahid bir sistem şəklində istifadə üçün nəzərdə tutulub və həmin tətbiqə qoşulma prosesi olduqca sadədir.

Bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova elektron reseptə qoşulmaq qaydasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bunun üçün müvafiq mobil cihazlara “Reseptim” mobil tətbiqini yükləmək kifayətdir: “Reseptim” mobil tətbiqinin əlçatanlığını təmin etmək məqsədilə 2024-cü ilin yanvar ayından etibarən Səhiyyə Nazirliyinin rəsmi internet resurslarında (www.sehiyye.gov.az, www.e-health.gov.az) “Elektron Resept” tətbiqi üçün xüsusi keçidlər yerləşdirilib. Həmin keçidlərdə qeyd olunan QR kodları müvafiq mobil cihazlarla skan edərək “Reseptim” mobil tətbiqini sürətli şəkildə yükləmək mümkündür. “Reseptim” mobil tətbiqinə giriş “Digital login” vasitəsilə həyata keçirilir. Tətbiqə daxil olduqdan sonra elektron resept təyin etmək üçün “Profil seçimi” funksiyasından istifadə edənlər müvafiq olaraq həkim və ya vətəndaş profili seçməlidir. Həkimlər üçün olan profildə onlar təyin etdikləri bütün elektron reseptləri, eləcə də müayinəyə gələn pasiyentlərin siyahısını görmələri üçün imkan mövcuddur”.

Mütəxəssis bildirib ki, həkim bir neçə tibb müəssisəsində fəaliyyət göstərirsə, “Profil seçimi” funksiyası vasitəsilə resepti təyin etdiyi hazırkı tibb müəssisəsini seçməlidir. Bununla yanaşı, “Reseptim” mobil tətbiqi həkimlərə elektron reseptlərdə dərman vasitələrinin istifadə qaydalarını və doza hədlərini qeyd etmək imkanı da təqdim edir. Vətəndaşlar “Reseptim” mobil tətbiqinə pasiyent kimi daxil olduqda, onlara elektron resept təyin etmiş həkimlərin siyahısına baxmaq, təyin edilən reseptləri izləmək, reseptləri qəbul edən apteklərin siyahısını görmək kimi funksiyalardan və dərman vasitələrinin axtarış sistemindən istifadə edə bilərlər”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

4 startap "Baku ID"də layihələrini investorlara təqdim etmək imkanı qazanıb

23.07.2026

Metroda NFC ilə keçiddə problem yarandı

23.07.2026

ABŞ Nümayəndələr Palatası trilyon dollarlıq hərbi büdcəni təsdiqlədi

23.07.2026
"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb

"AFB Bank"ın kredit portfeli bir ildə 94%-dən çox artıb

23.07.2026

"Bitwise" CIO-su: "Növbəti kripto yüksəlişi əvvəlkilərindən fərqli olacaq"

23.07.2026
"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada çalışırlar?

"Yüksəliş" müsabiqəsinin VI mövsümünün qalibləri harada çalışırlar? - Tam siyahı, Fotolar

23.07.2026

"A-Qrup Sığorta"nın gəlirləri 11,1 milyon manatı ötsə də, xalis mənfəəti 65% azalıb

23.07.2026
Azərbaycanda fəaliyyət göstərən BOKT-ların əlaqə nömrələri

Azərbaycanda fəaliyyət göstərən BOKT-ların əlaqə nömrələri

23.07.2026

Simit mağazası açmaq istəyirdilər, dünyanın ən məşhur dondurma brendlərindən birini yaratdılar

23.07.2026

Süni intellektin ən çox təsir edəcəyi deyilən peşələr gözlənildiyi kimi azalmır - Araşdırma

22.07.2026

Plastik qablaşdırmalardan imtina: 2 500 ton materiala qənaət edildi

22.07.2026

Süni intellekt şirkəti siyasi təşkilata 20 milyon dollar ayırır

22.07.2026

Mərkəzi Bank marketinq xidmətləri üçün şirkət seçəcək

22.07.2026

"Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək

22.07.2026

12 ştat "Paramount"-"Warner Bros." birləşməsinə qarşı çıxdı, proses dayandı

22.07.2026

"Aqrarkredit" ümumi dəyəri 3 milyon manat olan əmlakları hərraca çıxarır

22.07.2026
Sığorta şirkətləri gəlirlərini açıqladı

Sığorta şirkətləri gəlirlərini açıqladı - RENKİNQ

22.07.2026

Dünya Bankı: Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal artımı 1,3%-ə endirə bilər

22.07.2026

Kibertəhlükəsizlik startapı 180 milyon dollar investisiya cəlb edib

22.07.2026

Süni intellekt jurnalistikanı asanlaşdıra bilər, amma insan faktorunu əvəz edə bilməz - Rəşad Bayramov

22.07.2026

Məzənnə

Yüklənir...